Temperament tipinə görə peşə seçimi

30 yanvar, 2018 0 3 413


Temperament tipinə görə peşə seçimi


Hansı temperament tipinə aid olduğunuzu bilirsinizmi? Psixoloqlar dörd temperament növünü fərqləndirirlər:
  • Xolerik;
  • Sanqvinik;
  • Fleqmatik;
  • Melanxolik.

Hər bir insan müəyyən temperament tipinə malikdir. Hər temperamentin də özünəməxsus xüsusiyyətləri var, hansı ki bu xüsusiyyətləri bilmək insanın özünü tanıması deməkdir.
Psixoloqların fikrincə insanın hansı peşəyə meyilli olması, sırf onun temperamenti ilə bağlıdır. Odur ki, peşə seçimi etməzdən əvvəl, hər kəs öz temperamentini müəyyənləşdirsə, gələcəkdəki iş həyatı üçün daha uğurlu olar. Bu yazıda xolerik və fleqmatik tip insanlardan bəhs edəcəyik.
Əgər, siz özünüzü lider hesab edirsinizsə, birinciliyə can atırsınızsa, çətinliklərdən qorxmursunuzsa və qarşınızdakı maneələrin öhdəsindən asanlıqla gələ bilirsinizsə, onda siz xoleriksiniz. Xoleriklər özlərinə əmindirlər, öz imkanlarını dəyərləndirməyə meyillidirlər.
Bu temperament növündən olan adamlar – dayanıqlı naturaya malik olmasalar da, çox qabiliyyətlidirlər. Onlar hər şeydən yapışmağı sevirlər, asan öyrənirlər və dərhal işə başlayırlar, lakin başladıqları işi sonadək başa çatdırmayıb, tez də ondan əl çəkə bilirlər. Belə insanlar sərbəstliyə can atır və rəhbərliyə tabe olmağı sevmirlər. Xoleriklər peşə sahəsində uğurları asan əldə edirlər, lazım olan işdə inadkar və israrlı olurlar. Bu temperament növündən olanlar azadlığa meyillidirlər və stresslərə qarşı dayanıqlı olmaları ilə lovğalana bilərlər, öz güclərini tez bərpa etmək bacarığına malikdirlər.
Xoleriklər yeknəsəq işləri yerinə yetirə bilmirlər, daimilik, ümumiyyətlə, onlardan ötrü əks-göstəricidir. Əgər, hesab edirsinizsə ki, xarakterinizdə xolerik növü üstünlük təşkil edir, onda mühasibat uçotu, ofis işi, kitabxanaçılıq və ya proqramlaşdırma sizlik deyil. Bu temperament növündən olan adamlara daha dinamik peşələr uyğun gəlir: sürücü, təyyarəçi, məşqçi, dispetçer, müstəntiq.Xoleriklərə həmçinin özlərini əyləncə sahəsində, məsələn, rejissor, aparıcı, teleoperator, jurnalist kimi sınamaq da məsləhət görülür.
Kəskin və yeni emosiyalar xolerikləri qorxutmur, bu səbəbdən onlar cərrah, geoloq, yanğınsöndürən peşələrinin öhdəsindən də əla gələ bilərlər.
Əgər temperamentiniz yuxarıda göstərilən xarakteristikalara uyğun gəlmirsə, siz ləngsinizsə, lakin əzmkar və çox dözümlüsünüzsə, onda siz fleqmatiksiniz. Bu temperament növündən olan insanlara iş və qərar qəbul olunması zamanı astagəllik xasdır, amma onlar zəhmətsevərlikləri sayəsində həmişə yaxşı nəticələr əldə edə bilirlər. Fleqmatiklər liderlik öhdəliyini öz üzərlərinə götürməyə cəhd etmirlər, bu səbəbdən onları çox vaxt qeyri-təşəbbüskar adlandırırlar. Belə temperament növündən olan insanlara daha çox sabitlik lazımdır.

Fleqmatiklər emosiyalarına yaxşı nəzarət edə bilir və təlaşa düşməyə meyilli deyillər. Hətta stress vəziyyətində belə soyuqqanlılıqla işləməyi bacarırlar. Onlardan əla iqtisadçı, mühasib və ya elm xadimi – fizik, kimyaçı, astronom, riyaziyyatçı ola bilər. Fleqmatiklər əla riyazi qabiliyyətləri ilə fərqlənirlər, o səbəbdən fleqmatik xarakterli insandan əla mexanik, proqramçı, mühəndis, arxitektor və elektrik də ola bilər.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Muhasibat.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə