Savadlı tərtib edilmiş CV necə olmalıdır?

26 yanvar, 2018 0 2 719


Savadlı tərtib edilmiş CV necə olmalıdır?


Demək olar ki, bizlərdən hər biri heç olmasa ömründə bir dəfə işini dəyişmək məcburiyyətində qalıb. Bəs yeni iş yerinin axtarışı nədən başlayır? Əlbəttə ki, yaxşı CV-nin təşkili və vakansiya axtarışından.

Bəs, CV-də yalan olar ya yox?.

Belə güman edirəm ki, bu iş axtaranların özlərinə verdiyi sual içərisində birinci yer tutur. Məsələn əgər təqdim olunanan vakansiyası üçün namizədin yaş həddi 40 üstələməli deyilsə, sizin isə artıq 43 yaşınız tamam olubsa nə etməli, siz öz yaşınızı azaldacaq, ya vakansiyadan imtina edəcəksiniz? Hansı daha düzdür?

İşçi heyətinin seçimi üzrə mütəxəssislər qeyd edirlər ki, CV-də yalana yol vermək nəinki yaxşı deyil, həm də yol verilməzdir. Amma siz nəyisə deməyə və ya tam deməyə bilərsiniz. Məsələn əgər söhbət namizədin yaşından gedirsə, siz sadəcə öz təvəllüdünüzü CV-də qeyd etməyi “unuda” bilərsiniz. Çünki ən vacibi odur ki, işəgötürəni sizin peşəkar səriştəniz qane etsin, amma sizin neçə yaşınız olduğu o qədər də əhəmiyyətli deyil.

Bir çox işaxtaranlar CV-lərini şəkilsiz qəbul edirlər, baxmayaraq ki, vakansiyalarda həmişə qeyd olunur ki, şəkilsiz CV-lərə baxılmayacaq. İşəgötürənlər namizədlərin zahiri görünüşü haqd təsəvvür malik olmaq istəyirlər. Nəzərə alın ki, CV sizin haqqınızda müsbət assosiasiya yaratmalıdır və onun üçün seçdiyiniz şəkil heç də “pasport şəkli” tək, donuq və cansıxıcı olmalı deyil. Mümkün qədər ürəyəyatımlı foto seçin, həm də elə bir rəsm olsun ki, həm elektron formatda (rəngli şəkildə), həm də çap edilmiş halda (rəngli və ya ağ-qara) gözoxşayan olsun, yəni foto CV-nin üzərindəki bir qara “ləkəyə” bənzəməsin. Şəkili ayrı bir fayl kimi göndərmək də, heç də ideal çıxış yolu deyil.

Yeri gəlmişkən, təvəllüd CV-də təhrif oluna bilən yeganə punkt deyil. Arada bir öz nailiyyətlərin sayını yüngülcə şişirtmək heç də günah sayılmaz. Məsələn sizin tabeliyinizdə olan əməkdaşların sayını çoxaltmaq, siz cəsarətli şöbə rəisi funksiyalarını yerinə yetirdiyinizi yaza bilərsiniz, baxmayaraq ki, sizin tabeliyinizdə cəmi bir nəfər olub.

Hadisələri ifadə etmək tərzinizə diqqət yetirin. Belə zənn edək ki, siz ixtisas artırma kurslarına getmişiniz və orda sizə səhm alqı-satqısı ilə bağlı əməliyyatlarda necə qazanmaq üsulları ilə bağlı məlumatlar veriblər. Amma özünüz heç vaxt birjada olmamış və sizə heç vaxt qiymətli kağızların idarə olunması həvalə olunmamışdır. Bu halda siz tamamı ilə rahat şəkildə maliyyə bazarında iş təcrübəsinə malik olduğunuzu yaza bilərsiniz –çünki kursda oxuduğunuz müddətdə siz həqiqətən də müəyyən səriştə əldə etmisiniz. Amma bu biliklərinizin praktiki deyil, nəzəri olduğu haqda nəsə söyləmək heç də gərəkli deyil. Bir məsələ də var ki, bu kələyə ancaq o vaxt getmək olar ki, siz həqiqətən də öz biliklərinizi praktikada tətbiq edə biləcəyinizə əmin olasınız, ya da dəqiq biləsiniz ki, sizdənheç vaxt maliyyəçi məharəti göstərmək tələb olunmayacaq, yəni qarşınıza bu tipli tapşırığın həlli çıxamayacaq.

Xarakterik səhvlər

CV tərtib edərkən, mexaniki və hamıya xarakterik olan səhvlərə yol verməməyə çalışın. Yadda saxlayın:

Müxtəsərlik (konkretlik) istedadın tən yarısıdır. CV çap edilmiş formatda iki səhifədən artıq olmalı deyil. Bu xatirə dəftəri və ya tərcümeyi-hal deyil, ona görə də bəzi detalları buraxmaqda qorxulu heç nə yoxdur

Yeri gəlmişkən, heç də bütün vakansiyalara eyni CV-ni göndərməyin. Yaxşı olar ki, vakansiyanın xarakterindən, tələb olunan keyfiyyətlər və vəzifələrdən asılı olaraq CV-yə müəyyən çəki-düzəm verib, onu uyğunlaşdırasınız. Çalışın ki, işəgötürənin tələblərinə uyğun olduğunuzu göstərə biləsiniz.

Öz hədəfinizi qəti formalaşdırın, məsələn mühasib və ya menecer vəzifəsi. Akı kifayət qədər aydındır ki, kompaniya çox böyük miqdar işçi heyəti cəlb edir və namizədin hansı vəziyə müraciət etdiyini müəyyən etmək üçün CV-ni başdan yağa qədər oxumaq, işəgötürən üçün əlavə çətinlik və vaxt itkisidir.

Keçmiş vəzifənizdəki işlərin bütün təfərrüatını yazarkən xırdalıqlara o qədər də aludə olmayın. Yalnız əsas fəaliyyət sahələrini qeyd edin, əks təqdirdə işəgötürəndə belə bir təsəvvür yaranır ki, siz digər işlərə daha çox vaxt ayıraraq, öz bir başa öhdəliklərinizə biganə yanaşmısınız.

Utanmazlıq ikinci xoşbəxtlikdir

CV-nin tərtib olunması və ümumiyyətlə iş görüşməsi zamanı “utancaqlıq və təvəzakırlıq insanın bəzəyidir” ifadəsini unutsanız daha yaxşıdır. Çünki utancaqlıq yaxşı mütəxəssisin heç də başlıca keyfiyyəti ola bilməz. Öz biliklərinizi ehmalca şişirtmək daha yaxşıdır. Çünki siz təvazökarlıq edib, öz peşəkarlıq səriştənizin üzərinə kölgə salsanız, ona əmin ola bilərsiniz ki, bu iş yeri özünə daha əmin olan namizədə qismət olacaq.

Hətta yeni iş yerində sizin vəzifə öhdəlikləriniz sırasına əvvəllər heç bir zaman rastlaşmadığınız bir iş daxil olsa belə, bu iş haqqında azacıq da olsa təsəvvürünüzün olmadığını deməyə dəyməz. Yaxşı olar ki, vurğunu əvvəllər belə tip iş gördüyünüzün üzərinə salasınız və deyəsiniz bu tip tapşırıqların həlli sizin üçün heç bir çətinlik törətmir.

Əgər işəgötürən sizin keçmiş iş yerindəki uğurlarınız ilə maraqlanırsa, bu məsələdə də təvəzökarlıq və utancaqlığa yer yoxdur. Bütün uğurlu proyektlərinizi sadalayın, onlar haqqında ətraflı məlumat verin. Söhbəti ümumi, şablon ifadələr ilə yola verməyə çalışmayın.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə