Taym menecment : uğurlu insanlar ilk iş saatı ərzində nə edirlər

23 aprel, 2017 6 3 846


Taym menecment : uğurlu insanlar ilk iş saatı ərzində nə edirlər


Iş gününün ilk saatı ərzində nə ilə məşğul olmaq daha faydalıdır, nə etmək olar ki, daha da müvəffəqiyyətli insan olasan? Öz bizneslərini artıq qurmuş insanların vaxt menecmenti ilə bağlı verdiyi məsləhətləri diqqətinizə təqdim edirik. Sən demə bir saat ərzində əməlli-başlı səmərəli iş görmək mümkündür.

Siz səhəri necə keçirirsiniz? Bu sualın cavabı və sizin taym-menecmentə yanaşma tərziniz, sizin haqqınızda və sizin uğur qazanmaq şanslarınız haqqında çox şey deyir. FastCompany jurnalı uğur qazanmış insanlara belə bir sual ilə müraciət etmişdir: «Siz öz iş gününüzə necə başlayırsınız?». Onların bu sahədə verdiyi ilk tövsiyə belədir.

1. Səhər çağı elektron poçtunuzu yoxlamayın.

İş gününün başlanğıcında elektron poçtu yoxlamağı dayandırın, ciddi deyirik, bu adəti mütləq tərgidin.

Tumblr mikro bloqunun banisi Devid Karp səhər saat 10-a qədər elektron poçtunu yoxlamır. Onun fikrincə səhər-səhər e-məktub oxumaq nə əhval ruhiyyə artırır, nə də bir xeyir gətirir. Əgər ciddi bir məsələ olsa, məni həmişə telefon vasitəsi ilə tapa və ya sms vasitəsi xəbərdar edə bilərlər –Karp bildirir.
Culiya Morqenstern bu mövzu barədə «Elektron poçtunuzu heç vaxt səhər-səhər oxumayın» -adlı kitab yazmışdır. Ola bilsin ki, bu strategiya hətta olduqca çətin bir gündən sonra özünü sanki, çox çətin bir işin, faydalı tapşırığın öhdəsindən gəlmiş kimi hiss etməyə icazə verir.

Bundan əlavə siz işçiləri öyrəşdirirsiniz ki, onlar işdən kənar vaxtda göndərdikləri e-mailə sizdən ani cavablar gözləməməyə vərdiş etsinlər.

2. Minnətdarlıq edin

Özünü təkmilləşdirmə məsələlərində Entoni Robbins şəxsi məhsuldarlığını yüksəltmək istəyənlər üçün bir neçə yeni texnika yaratmışdır. «Hour of Power», «30 Minutes to Thrive», «Fifteen Minutes to Fulfillment»). Texnika sadə fiziki məşğələlərə və motivasiya proqramlarına əsaslanır. Amma burda çox maraqlı bir tövsiyə də vardır: nələrə görə minnətdar olduğunuz haqqında fikirləşməyə 10 dəqiqə ayırın. Minnətdar olmaq üçün səbəblər sizin özünüzdə, sizin yaxınlarınız və sizin dostlarınızda, ailədə və ya karyerada, nə də olsa gizlənə bilər. Məşğələnin sonunda isə təsəvvür edin ki, bütün arzuladığınız şeylər bu gün sizin ola bilər.

3. Günə artıq çoxdandır ki, üzərinizdə yük kimi asılmış ən çətin işləri həll etməklə başlayın.

Brayan Treysinin “Qurbağanı yeyin” kitabı taym-menecment sahəsində artıq bir klassikaya çevrilib. Xatırladaq ki, Mark Tven belə bir zarafat etmişdir: «Əgər səhər-səhər qurbağa yesən, günün qalan hissəsi çox gözəl yaxşı keçəcək, çünki ən pis şeylər artıq geridə qaldı». Treysi qurbağa deyəndə ən çətin, xoşagəlməz və zəhmət tələb edən işi nəzərdə tutur. Bu işi tezdəndən görün, onda günün qalan hissəsi çox rahat keçəcək.

Qurbağanı tapın, onu bir kağız parça üzərinə yazın və iş masasının ən çox gözə çarpan hissəsinə yapışdırın ki, növbəti gün ərzində nəzərinizdən qaçmasın. Əgər şərait imkan verərsə işi yerinə yetirmək üçün tələb olunan, bütün lazımı material və sənədləri əvvəlcədən toplayın.

4. Tez-tez özünüzə belə sual verin: «Doğrudanmı mən bu işi etmək istəyirəm?»

İşə olan nifrət aylarla davam etməli deyil. Hər səhər öz qərarlarınızı ciddi şəkildə götür-qoy edin, necə ki, bunu bir vaxtlar rəhmətlik Stiv Cobs edərdi. Onun məşhur Stenford nitqindən sizə bir parçanı təqdim edirik.

«Mənim 17 yaşım olanda, bir dəfə qabağıma belə bir yazı çıxmışdı: «Əgər siz hər günü sanki son gün kimi yaşayırsınızsa, bir dəfə bu doğrudan da gerçəkləşəcək». Bu sözlər mənə çox təsir etdi. «Nəticədə mən son 33 il ərzində hər səhər güzgüyə baxanda özümə belə bir sual verirdim: birdən bu mənim ömrümün son günü oldu? Bəs ömrümün axırıncı günündə mən bu gün edəcəyim işlərlə məşğul olmaq istərdimmi?» Və əgər uzun bir müddət ərzində cavab “yox” olardısa, mən bilirdim ki nəyisə dəyişmək lazımdır».

5. Müştərilərə kömək edin

Craigslist saytının yaradıcısı Kreyq Nyumark öz iş gününün ilk saatını necə keçirmək haqqında sualı kifayət qədər qısa formada cavablandırıb. Mən müştərilərə kömək edirəm. Nyu-Mark müştərilərin şikayətlərinə cavab verir, saytdakı fırıldaqçıları va spamerləri üzə çıxarır. Ola bilsin ki, Nyumarkın daha vacib işləri də var, amma onun sözlərinə görə məhz müştərilərə xidmət göstərmək onu yenidən real həyata qaytarır.

Siz də müştərilərə xidmət göstərə bilərsiniz. Necə? Hətta proyektlərin başa çatmasından bir ay keçsə belə yenə də müştərilər ilə əlaqədə qalın. Işdə nadir hallarda rastlaşdığınız həmkarlarınız ilə ünsiyyətə girin. Sizə yol göstərənlərə, təlimatçılara sual verin. Ümumiyyətlə işin insani tərəflərinə daha çox diqqət yetirin. Çünki gündəlik iş prosesinin qaynar çaxnaşmasında bu aspekt adətən yaddan çıxır və çoxsaylı işlərin içində itib-batır. Müştərilərə xidmət göstərilməsini özünüz üçün bir vərdiş halına salın, onda çətin vaxtlarda əlinizdə tuta biləcək çoxsaylı köməkçi əldə edəcəksiniz.

Bəs siz iş gününün ilk saatını nə ilə məşğulsunuz?











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
Lennard16 sentyabr 2024, 21:08
excellent points altogether, you just received a logo new reader.
What would you suggest about your publish that you
just made some days in the past? Any certain?

my web-site :: Chrystine
Micaela28 sentyabr 2024, 18:17
You never want to risk your security and security although ggambling online.



Also visit my web-site ... 온카공식홈페이지
Kazuko1 oktyabr 2024, 20:29
Our team has also pointed out what you really should look out for to know you’re
receiving a fair bonus.

Here is my blog post: 온카
Kraig2 oktyabr 2024, 18:46
Mississippi, which shares comparble conservative characteristics on religion and politics with Alabama, opened itss initially
casino in 1992.

Have a look at my web page ... 카지노친구
Lettie5 oktyabr 2024, 20:19
the casino operators aare based in a nation that taxes its gambling winners.


my site; 온라인바카라
Adelaida6 oktyabr 2024, 08:34
The app is live in Pennsylvania as properly as 3 other states and one Canadian province.


my blog ... 먹튀검증
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə