İngilis dilini qısa zamanda necə inkişaf etdirmək olar?

13 iyul, 2018 0 4 872


İngilis dilini qısa zamanda necə inkişaf etdirmək olar?


Qlobal cəmiyyətdə ən çox istifadə olunan dil – ingilis dilidir. Əksər iş yerlərində bu dili tələb edirlər, xarici dost-tanışlarımızla ünsiyyət qurmaq üçün bu dilə ehtiyacımız yaranır. Buna görədə hər birimiz ingilis dilində sərbəst danışmaq istəyirik. Ancaq bəzən elə olur ki, dil biliyinin orta səviyyəsinə çatanda inkişafımız dayanır. Qrammatika qaydaları beynimizdə qarışır, öyrəndiyimiz sözləri isə unuduruq.

Bu məqalədə mən sizə ingilis dilini qısa zamanda inkişaf etdirmək üçün 5 məsləhət verəcəm.

Qeyd: bütün yazdıqlarım öz təcrübəmə əsaslanır.

Məsləhət №1. Öz biliklərimizi təcrübədə istifadə edirik.

Bir çox insanın əsas problemi odur ki, onlar qrammatika qaydalarını və sözləri bilirlər, ancaq danışıqda istifadə edə bilmirlər. Bu niyə baş verir?

İstənilən dilin öyrənilməsi 2 hissədən ibarətdir: nəzəri hissədən və praktiki hissədən. Əgər siz nəzəriyyəni öyrənirsizsə və öyrəndiklərinizi təcrübədə istifadə etmirsinizsə, onda öyrəndiklərinizi real danışıqda istifadə edə bilməyəcəksiniz və tez bir zamanda unudacaqsınız. Buna görədə öyrəndiklərinizi təcrübədə istifadə etməyə məcbursuz. Bunu daha yaxşı olar ki bir neçə addımla edəsiniz.

1.Yeni öyrəndiyiniz istənilən mövzunun (qrammatika, oxu, qulaq asma və s.) bütün bilmədiyiniz sözlərini dəftərdə qeyd edin və həmin sözləri dərhal öyrənin.

2. Yeni öyrəndiyiniz istənilən mövzu (qrammatika, oxu, qulaq asma və s.) haqqında 5-10 cümlə fikirləşin və dəftərdə qeyd edin.

Məsləhət №2. Söz ehtiyatımızı artırırıq.

Öz fikirlərimizi sərbəst ifadə etmək üçün, bizə təkcə cümlələr qurmaq deyil, həmçinin həmin cümlələrdə istifadə olunacaq sözləri bilmək lazımdır. Nə qədər söz biliyiniz geniş olsa, bir o qədərdə sərbəst şəkildə öz fikirlərinizi ifadə edə biləcəksiniz.

Niyə siz yeni sözlər öyrənirsiz, ancaq söz bazanız artmır? Çünki söz bazası iki yerə bölünür: aktiv və passiv. Aktiv bazaya gündəlik həyatda istifadə olunan sözlər daxildir. Passiv bazaya isə bildiyimiz, ancaq gündəlik həyatda istifadə etmədiyimiz sözlər. Bu növ sözləri biz adətən unuduruq və ya lazımi anda xatırlaya bilmirik.

Sözləri effektiv yadda saxlamaq və danışıqda istifadə etmək üçün, onları düzgün öyrənmək lazımdır. Yeni öyrəndiyiniz sözü dərhal istifadə edin və həmin sözlə 5-10 cümlə hazırlayın.

Söz bazanızı artırmaq üçün:

1.Sözləri ayrı-ayrı mövzulara bölün və siyahı şəklində öyrənin. Məsələn: iş, səyahət, ailə, heyvanlar və s.

Öyrəndiyiniz mövzulardan öz həyatınızdan səhnəcik düzəldin və ya həmin mövzunu istifadə edərək ingilis dilində bilən dostlarınıza öz həyat təcrübənizdən danışın. Məsələn: səyahət mövzusunda sözləri öyrəndikdən sonra, sonuncu səyahətiniz barədə öyrəndiyiniz sözləri istifadə edərək danışın.

2.Ancaq istifadə edəcəyiniz sözləri öyrənin. Əgər sizin astronomiya ilə heç bir əlaqəniz yoxdursa, onda bu mövzuda sözlər öyrənmək faydasız olacaq. Bu sözləri heç bir yerdə istifadə edə bilməyəcəksiniz və tez bir zamanda unudacaqsınız. Sözləri düzgün qaydada və siyahılarla öyrənərək, siz qısa zamanda öz söz ehtiyatınızı artıracaqsınız.

Məsləhət №3. İngilis dilinində nitqi anlama qabiliyyətimizi inkişaf etdiririk.

İngilis dilində nitqi anlamaq qabiliyyəti bizim söz və qrammatika biliyimizdən asılıdır. Ancaq ki söz və qrammatika biliyimiz hələ tam mənada nitqi anlama mənasına gəlmir. Bu ona görə baş verir ki biz ayrı-ayrılıqda sözləri eşidib başa düşürük, ancaq cümlədə sözləri ayırıb və mənalarını başa düşə bilmirik.

Bunu ancaq daimi praktika ilə düzəldə bilərik. Nə qədər çox qulaq assaz, bir o qədərdə daha yaxşı nitqi başa düşəcəksiniz. Yaxşı olar ki sadə videolardan və cizgi filmlərindən başlayasınız. Tövsiyə: əgər siz ancaq anlama qabiliyyətini deyil, həmçinin öz nitqinizidə inkişaf etdirmək istəyirsinizsə onda eşitdiyiniz ifadələri yenidən söyləyin və diktofona yazın, sonra isə qulaq asın və analiz edin.

Məsləhət №4: Öyrəndiyimiz dildə fikirləşməyi öyrənirik.

Daimi olaraq fikrən cümlələri azərbaycan dilindən ingilis dilinə tərcümə etmək – çox pis vərdişdir. Sadəcə fikirləşin, buna nə qədər vaxt gedir. Sizə azərbaycan dilində bir şey söyləməyi fikirləşmək lazımdır, sonra bu cümləni ingilis dilində necə deməyi fikirləşmək lazımdır, lazımi sözləri yada salmaq lazımdır və s. Çox çətindir, elə deyil mi? Buna görədə sizə ingilis dilində fikirləşməyi məsləhət görürəm.

Bunun üçün sizə nə lazımdır?

1.Azərbaycan dilindəki sözləri ağlınızda ingilis sözləri ilə əvəz etmək.

Hər bir sözü məşq edin, o vaxta kimi o sizin ağlınızda avtomatik olaraq əmələ gələcək.

2.Hər bir qrammatika mövzusunu avtomatik istifadə səviyyəsinə çatdırın.

Qrammatikanı öyrənərkən, dərhal həmin mövzuda cümlə hazırlayın və çalışın bunu artıq düşünmədən etməyi öyrənəsiniz.

3.Öz ağlınızda mümkün qədər çox cümlə fikirləşin.

Bunu necə etmək olar? Hər gün səhər işə gedərkən yolda gördüyünüz hadisələri özünüzə ingiliscə danışın. Metroda (avtobusda) gedərkən gördüyünüz insanların görünüşü haqqında özünüzə danışın. Əgər hər hansı bir sözü unutmusunuzsa, onda həmin sözü başqa sözlə əvəzləməyə çalışın.

Məsləhət №5: Özünüzü ingilis dili ilə əhatə edin.

İngilis dilini təkcə unutmamaq üçün deyil, həmçinin inkişaf etdirmək üçün bunu vərdiş halına çevirmək lazımdır. İngilis dili daim sizin əhatənizdə olmalıdır. Həmişə çalışın ki həyatda ingilis dilini istifadə edəsiniz. Sosial şəbəkələrinizin dillərini ingilis dilinə çevirin. Bazarlıq üçün siyahı tərtib edirsiz? Kitab oxumaq istəyirsiniz? İnternetdə məlumat axtarırsınız? Bunların hamsını ingilis dilində etmək olar.

Beləliklə ingilis dili sizin həyatınızın bir parçasına çevriləcək.

Müəllif: İsmayıl Hacıhəsənov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə