Menecerin işçidən istədiyi bacarıqlar

08 iyul, 2018 0 3 440


Menecerin işçidən istədiyi bacarıqlar


Menecerin işçidən istədiyi 6 vacib bacarıq

Zaman dəyişdikcə iş sferasında da baş verən yeniliklər günbəgün sürətlənir.Belə şəraitə uyğunlaşmaq üçün peşəkar işçilərin bilk və bacarıqları çevik və hərtərəfli olmalıdır.Peşəkar işçi daim öz biliklərini təkmilləşdirməli və daima yeni şeylər öyrənməyə hazır olmalıdır.

Hazırki zamanda şirkət rəhbərlərinin və menecerlərin öz işçilərində görmək istədiyi əsas bacarıqlara nəzər yetirək.

1)Liderlik Bacarıqları.

Bəzi insanlar idarəedən digərləri isə idarə edilən tiplərə məxsus olur.İdarə edən olmaq üçün liderlik bacarıqlarının olmağı çox vacibdi.Bu bacarıqlara sahib olmaq üçün gənc və ya yaşlı olmaq lazım deyil.Belə deyim də var ki,liderlik bacarığı heç bir iş şəraitində öyrənilmir və ya yaranmır və bu insanın daxilində olmalıdır.

Daxili bacarıq olmasına baxmayaraq siz bu bacarıqları öyrənib inkişaf etdirə və işinizə elə tətbiq edə bilərsiz ki,uzun müddətdə sizə və şirkətinizə fayda gətirə bilər.Əgər siz fikir və ideyalarınızı demək üçün çox utanqac və çəkingənsiznizsə çox güman ki siz liderlik üçün uyğun deyilsiz.Çünki hər işin başında düzgün düşüncə və düzgün yanaşma olmalıdır.Dəqiq ,düzgün fikir yürütməklə hətta dağı da yerindən tərpətmək olar.Bu adətən ən aşağıdan başlayıb pillələri mərhələ-mərhələ uğurla qalxıb pik nöqtəyə çatan dünyanın ən güclü liderlərinə aiddir.Məhz budur əsl liderin etdiyi.

2)Ünsiyyət bacarıqları.

Ünsiyyət bacarığı istənilən uğurlu layihənin təməl daşlarıdır.Bəzən hər hansı bir problemi müstəqil şəkildə araşdırıb həll edirik və ya əldə etdiyimiz uğura görə özümüzlə fəxr edirik.Amma bunları ətrafdakılara izah etdikdə fikirlərimizi düzgün çatdıra bilmirik.Peşəkar işçi kimi komanda işinin nə qədər vacib olduğunu bilməliyik.Yaxşı ünsiyyət bacarıqları olmasa, komanda da olmaz.

Görmək istədiyiniz bir işi kolleqalara ,işçilərə təsvir etmək ilk baxışdan asan görünə bilər,amma işin xırda bir detalını belə səhf çatdırsanız həmin iş çox çətin və yararsız görsənə bilər.Daima digər mütəxəssislərlə əlaqə saxlamaq,onlara fikirlərini qısa başadüşülən tərzdə başa salmaq,digərlərinin səni başa düşməyini təmin etmək çox vacibdir.

Eyni zamanda ünsiyyət bacarıqları işçilər və kolleqalarla yaranmış daxili problemlərin həlli üçün lazım olur.Belə problemlər həmişə işçilər arasında yaşanan istehzalı,düzgün olmayan ünsiyyətdən yaranır.Əgər işçilərlə düzgün münasibət qursanız bu problemlərdən uzaq olarsız.

3)Kompyuter bilikləri

Biz hal-hazırda bütün işlərin kompyuterlə idarə edildiyi texnalogiya çağında yaşayırıq.İndiki dövrdə peşəkar işçilər ən azı əsas kompyuter biliklərini öyrənməyi gərək duyurlar.Çünki bu onların karyera inkişafına böyük ölçüdə təsir edir.Bir çox böyük şirkət hətda öz işçilərindən daha yüksək kompyuter bilikləri tələb edir və Adope photoshope,Grapic design kimi proqram biliklərini yiyələnməklərini istəyir.

Əsasən marketinq,dizayn şirkətləri üçün Photoshope daha çox istifadə edilir.Əsas üstünlüyü internetdə çoxlu sayda sınaq versiyalarının olmağıdır.

Eyni zamanda peşəkar işçi həm də təməl qrafik dizayn biliklərini bilməlidir.bu onun və şirkətin pul,vaxt itkisinin qarşısını alacaq və problemlərdən daha çevik yayınacaq.Bütün böyük şirkətlərin İT departamenti olur amma özünə hörmət qoyan peşəkar işçi şirkətdəki hər departamentdən az da olsa nəsə öyrənməyə çalışmalıdır.

4)Biznes bacarıqları(işgüzar bacarıqlar)

Bəziləri işgüzar bacarıqların insana özəl olduğunu və bu bacarıqların sonradan öyrənilməsi mümkün olmadığını desə də digərləri bunun uzun müddətə asanlıqla öyrənilə biləcəyini deyir.İşgüzar bacarıq bir sıra keyfiyyətləri özündə birləşdirən kompleks bir anlayışdır.Uğurlu bir biznes adamı həm uzaqgörən olmalı,həm dürüst olmalı və əlinə düşən hər fürsətdən yararlana bilməlidir.

Bundan başqa o nümayəndəlik etməyi bacarmalı,qərarlı olmalı və həmişə müsbət düşüncəli olmalıdır.Digər biznes bacarıqlarına analitik düşüncə,sahibkarlıq bacarıqları və mədəniyyətlər arası bilik və səriştəlilik aiddir.

5)Müzakirə bacarıqları.(danışıqlar)

Peşəkar bir iş adamı yaxşı danışıqlar aparmağı bacarmalıdır.Belə olduqda o biznes tərəfdaşları ilə gələcək münasibətlərinə xələl gətirmədən yaxşı anlaşmalar əldə edə bilər.Danışıqlar prosesi bir neçə hissədən ibarətdir.Hazırlıq hissəsi,məqsədin seçilməsi,hər iki tərəfin əldə edəcəyi faydaların müzakirəsi və müqavilənin imzalanması.

Uğurlu iş adamı danışıqlar zamanı isrardan əl çəkməyi və kompramisə getməyin vaxtını düzgün təyin edə bilməlidir.Danışıq aparmaq sənəti özündə hər zaman müzakirədən qalib çıxıb lazımlı müqavilənin imzalanmasını təcəssüm etdirir.

6)Müxtəli dillərdə danışmaq bacarıqları

İşçilərə olan tələblərdən biri də onun bir neçə dildə danışa bilməsidir.Müxtəlif ölkələrdə şirkətlər yerli dildən əlavə ən azı bir xarici dildə yüksək səviyyədə bilməyi tələb edir.Bu tələbin əsası ona görədir ki,bir çox şirkətlər yerli işçilərin bacarıqlarına qane olmur və digər ölkələrdən daha peşəkar işçilər dəvət edir.Elə şirkətlər var ki orda rəhbər vəzifələrin əksər hissəsini xarici vətəndaşlar təşkil edir.Bu zaman korparativ ünsiyyətin formalaşmağı üçün işçilər ən azı bir beynəlmiləl dildə danışmağı bacarmalıdır.Demək olar ki,ölkəmizdə də vəziyyət eynidir.Yerli şirkətlərin əksəriyyəti iş vakansiyalarında kandidatlardan bir neçə dil biliyi tələb edir.Adətən bu ingilis və rus dilləri olur.Çox nadir hallarda alman və fransız dilləri də tələblər arasında olur.Bu da həmin şirkətlərin müvafiq ölkələrdə yerləşən şirkətlərin yerli filialları olması ilə əlaqədar olur.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Jobin.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə