Elon Muskın qurucusu olduğu və bir çox insanın çalışmaq istədiyi SpaceX-in əməkdaşları əlavə saatlara qədər işləyərək, bir sıra mühüm layihələr üzərində çalışırlar. Bunu nəzərə alaraq şirkət onlara əlavə imkanlar tətbiq edir. Yəni SpaceX-də çalışmağın avatajları da mövcuddur.
Josh Boehm adlı köhnə bir SpaceX əməkdaşı şirkətin əməkdaşlarına hansı əlavə imkanlar tətbiq edildiyini keçən həftə Quora sosial şəbəkəsində paylaşıb. Bu imkanlara baxdıqda hər adam SpaceX kimi şirkətdə çalışmaq üçün hər şeyi etməyə hazır olduğunu düşünür.
1) Elon Musk şirkətin əməkdaşlarına motivasiya vermək üçün onlara internet üzərindən e-poçtlar yollayır və ilham verici çıxışlar göndərir.
2) Şirkət daxilində davamlı olaraq massaj terapevti mövcuddur. Beləliklə uzun müddət və stres altında işləyən əməkdaşlar öz yorğunluqlarını massajlar vasitəsi ilə alırlar.
3) SpaceX əməkdaşları məşhur insanlarla qarşılaşmaq şansı əldə edir. Boehm deyir ki, bir dəfə Jennifer Aniston’ı Elon Muskla yemək yeyərkən gördüm, ayaq yolunda Joseph Gordon-Levitt’lə rastlaşdım, Will Smith və Morgan Freeman kimi şəxslər zavoda gəzməyə gəlirlər.
4) Aktyor George Takei və Jeremy Edberg kimi tanınmış şəxslər hər gün əməkdaşlarla xususi görüşmələr keçirir.
5) SpaceX kimi şirkətlər “Gravity” və “The Martian” kimi filmlərin çəkilişlərində iştirak edirlər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az