Hansı əməkdaşları ilk növbədə işdən qovmaq lazımdır?

23 aprel, 2017 0 1 088


Hansı əməkdaşları ilk növbədə işdən qovmaq lazımdır?


Inc. nəşrinin redaktoru Jeff Haden şirkətə hansı əməkdaşların daha çox problem qazandırdığını və nəyə görə ilk baxışdan günahsız görünən bu işçilərin şirkəti məhv edə biləcəklərindən danışıb.

“Rəhbərlər adətən pis əməkdaşın necə olduğu haqqında məlumata sahib olurlar. Onlar zəif göstəricilərə sahibdir, digər əməkdaşlara uyğunlaşıb işləyə bilmir və şirkətin tələblərinə cavab vermirlər. Lakin daha çox problem yaradan digər əməkdaşlardır” – deyə Haden iddia edir.

Onlar öz işlərini düzgün şəkildə icra etsələr də, onların davranışları şirkəti “gizli yara” kimi yavaş-yavaş məhv edir. Müəllifin fikrincə belə əməkdaşları təyin etmək üçün 8 əlamət mövcuddur.

1. Digər əməkdaşlar haqqında qeybətə yol verirlər

Hadenin fikrincə əgər bir əməkdaş digərinin yol verdiyi səhvləri onun arxasınca müzakirə etmək əvəzinə birbaşa olaraq özünə deyərsə, bundan bütün şirkət qalib olaraq ayrılar. Müəllif qeyd edir ki, qeybət etməyi sevən əməkdaşlar öz iş zamanlarını bu məşğuliyyətə sərf etmək əvəzinə həmin vaxtda şirkət üçün daha faydalı işlər görə bilərdilər. Bununla onlar digər əməkdaşlara hörmət etməmək tendensiyasını da yaymış olurlar.

2. Onlar əlavə iclaslar keçirməyi sevirlər

“İclas keçirdiniz. Problemi təyin etdiniz, digərlərinin fikirlərini dinlədiniz, qərar qəbul etdiniz və hər kəsin bu qərarla razı olduğuna əmin oldunuz. Qərarı həyata keçirmək zamanı çatdı” – Haden yazır.

Lakin tezliklə əməkdaşlardan biri əlavə iclasın keçirilməsi ilə bağlı təkid edir. “Bu zaman o daha əvvəl bildirmədiyi problemləri dilə gətirir. Və indi bəzi əməkdaşlar bayaq qəbul edilən ümumi qərarı icra etməkdən imtina edir”.

İlk növbədə əksəriyyətin qərarını dəstəkləyən, daha sonradan isə çaşqınlıq yaradan əməkdaşların yeri başqa şirkətdir.

3. Onlar adətən deyirlər: «Bunun mənə heç bir aidiyyatı yoxdur»

Haden əmindir ki, şirkət nə qədər kiçikdirsə, əməkdaşların bir o qədər sərbəst şəkildə qərar qəbul etməkləri, tapşırıqlarla bağlı dəyişikliklərə sürətlə uyğunlaşmaları və hər şeyi vəzifələrindən asılı olmayaraq mümkün olan ən yaxşı şəkildə etmələri çox vacibdir.

Məsuliyyətli işçi öz vəzifəsindən onun etika və mənəviyyatına heç bir xələl gətirməyən daha aşağı tapşırıq aldıqda onu həyata keçirməyə can atar. Yaxşı əməkdaşı fərqləndirən cəhət ondan ibarətdir ki, onlar problemin mahiyyətini tez anlayır və əlavə sual olmadan onun həllinə başlayırlar.

4. Onlar düşünürlər ki, əvvəlki, xidmətləri kifayət edir və yeniliklərə can atmırlar

Haden bildirir ki, əməkdaşın dəyəri keçmiş xidmətlərinə görə deyil, gündəlik nəticələri ilə ölçülür. Əməkdaş keçmiş xidmətlərinin və nailiyyətlərinin kifayət etdiyini düşündükdə yeni layihələr üçün zəhmət çəkmək istəmir. Bu davranış forması uzun müddət davam etdikdə yoluxucu xəstəlik kimi digər əməkdaşlara da təsir etməyə başlayır.

5. Onlar təcrübəni şəxsi məqsəd hesab edirlər

Inc. redaktoru yazır ki, təcrübə yalnızca o zaman qiymətlidir ki, əməkdaş ondan yeni bacarıqlar qazanmaq, məhsuldarlıq və yeni nailiyyətlər üçün istifadə edir. Təcrübə üçün təcrübə isə faydasızdır.

İnsan heç zaman uzun illik təcrübəsini mübahisələr zamanı zəmanətçi kimi təqdim etməməlidir. “Əməkdaşlardan biri özünün daha çox təcrübəyə malik olmasını iddia etdikdə sanki deyir: “Öz qərar və hərəkətlərim üçün bəraətə ehtiyacım yoxdur!”. Lakin mübahisə zamanı hər zaman məntiq və müdrikliyi dinləmək lazımdır”.

6. Onlar zəhmət çəkən birini “qaralamaq” üçün kollektivdən istifadə edirlər

Adətən yeni əməkdaş səylə çalışır. O şirkəti iş saatından gec tərk edir, məqsədlər qoyur və gözləntiləri artıqlaması ilə doğruldur. Hər zaman bu sözləri deyən daha “təcrübəli” kolleqa tapılır: “Bəsdir bu qədər çalışdın, sənə baxanda biz avara təsiri bağışlayırıq”.

7. Uğuru yalnızca öz adlarına yazmağa çalışırlar

Ola bilsin ki, bu əməkdaş bütün işi tək görüb və tək başına bütün çətinliklərin öhdəsindən gəlib. Ola bilsin ki, o əvəzedilməzdir və komanda o olmadan işin öhdəsindən gələ bilməzdi. Lakin əksər hallarda bu belə olmur. Çünki kifayət qədər vacib tapşırığı bir nəfərin belə köməyi olmadan həyata keçirmək mümkün deyil.

Yaxşı əməkdaş uğuru daim komanda ilə bölüşər. O əməkdaşlarına kömək üçün təşəkkür edəcək və xidmətlərini qiymətləndirəcək. Bu ilk növbədə müdirlərə aiddir: komanda nə qədər çox uğur qazanırsa, rəhbər qismində daha bacarıqlı təsir bağışlayar.

8. Günahı həmişə başqalarının boynuna atmağa çalışırlar

Müştərilər şikayət edir, məhsul təminatçıları narazıdır. Kolleqalar qəzəblidir. Nə baş verirsə versin “zərərvericilər” məsuliyyəti hər zaman digərlərinin boynuna yıxmağa çalışır. Problemin nə dərəcədə vacib və əslində kimin günahkar olmasından asılı olmayaraq, məsuliyyəti öz üzərinə götürərək layiq olmadığı tənqidləri qəbul edən əməkdaşlar var. Onlar bilirlər ki, bunun öhdəsindən gələcəklər, əsl günahkarlar isə yox.

Komanda işi kollektiv məsuliyyət tələb edir. Əgər kimsə bu məsuliyyəti başqalarının çiyinləri üzərinə qoyursa, deməli komandada ona yer yoxdur.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə