Bəlkə də, bir çoxlarınız bu hadisəni xatırlayırsınız. Google şirkətinin yaranmasından cəmi 5 il sonra, yəni 2001-ci ildə şirkətin yaradıcılarından biri və hazırda Alphabet şirkətinin CEO-su Larry Pedge idarəçilərə rəsmi şəkildə müharibə elan edir. O belə düşünürdü ki, bütün rəhbərləri işdən azad etməklə şirkəti zərərli bürokratiyadan xilas edəcək. Belə ki, onun fikrincə bu bürokratiya inkişafı ləngidir və buna görə də bütün menecerləri ixtisar edir. Lakin heç kəs bu cəsarətli eksperimenti uğurlu adlandıra bilmədi və cəmi bir neçə aydan sonra texniki direktor yenidən öz vəsifəsinə geri qaytarıldı.
O zamandan etibarən Pedge-in idarəçiliklə bağlı fikirləri kökdən dəyişdi. Google Re: Work platformasında nəşr edilən son hesabata görə, uğurlu və məhsuldar, eyni zamanda ixtisaslı mütəxəssis olmaq üçün yüksək dərəcəli menecer olmaq lazımdır.
Google şirkətinin HR mütəxəssislərinin fikrincə rəhbərləri sözün əsl mənasında əvəzedilməz edən əsas keyfiyyətlər aşağıdakılardır:
1. Yaxşı təlimçidir.
2. Komandanın səlahiyyətini genişləndirir və xırdalıqlara ilişib qalmır.
3. Komandanın bütün üzvlərinin şəxsi rifahı və uğuru haqqında narahatlıq və maraqlarını ifadə edir.
4. Məhsuldardır və nəticəyə köklənib.
5. Ortaq dil tapmağı bacarır.
6. Karyera artımında maraqlıdır.
7. Bütün komanda üçün dəqiq strategiyaya sahibdir.
8. Komandanın digər üzvlərinə məsləhət vermək üçün texniki cəhətdən kifayət qədər hazırlıqlıdır.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banker.az