Haqqımızda:
2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
İş barədə məlumat
• Bazar və istehlakçı xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
• İllik satış və marketinq büdcələrinin proqnozlaşdırılmasında və izlənilməsində iştirak edir;
• Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir və müvafiq reportlar hazırlayır;
• Bazar payı, satış kanallarındakı hərəkətliliyi, bölgələrdəki satış fərqlərini, mediada məhsulun və rəqiblərin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
• Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsini, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşmasını, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərinin verilməsini təmin edir;
• Yeni məhsul konseptləri hazırlayır, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
• Reklam briflərini, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
Təminatlar:
• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.