Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə: Marketinq Meneceri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 3 il (dağıtım sektoru üstünlükdür)
Təhsil: Ali (Marketinq və Biznes Menecment sahəsində təhsil üstünlükdür)
Yaş həddi: 26 və ya üzəri
İş barədə məlumat
• Şirkətin Marketinq strategiyasının hazırlanmasını və icrasını təmin etmək;
• Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin fəaliyyətini bazarda təqdim etdiyi məhsul və xidmətlər üzrə sosial media və digər kanallar vasitəsi ilə kommunikasiya və koordinasiyasını reallaşdırmaq;
• Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirmək;
• Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz və təhlilini hazırlamaq;
• Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
• Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyaları həyata keçirmək;
• Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;