Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Biznes Nəzarət Şöbə müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minumum 3 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 27 - 40 yaş
İş barədə məlumat:
- Büdcənin Planlaşdırılması və monitorinqi
- Proqnoz Mənfəət və Zərər hesabatları
- Maliyyə hesabatların hazırlanması və analizi
- Təyin edilmiş hədəflərin təqibi
- Pul vəsaitlərinin və maliyyələşdirmələrin idarə edilməsi
- Dövriyyə Kapitalının hazırlanması və ona nəzarəti
Namizədə tələblər:
- Biznes təffəkürə malik olmalı;
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
- MS Excel proqramını mükəmməl bilməli;
- Logo proqramını bilməsi üstünlükdür.
- ACCA sertifikatları olması üstünlükdür
- BIG4 təcrübəsi üstünlükdür
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları:
recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Biznes Nəzarət Şöbə müdiri” yazaraq CV göndərməklə müraciət edilir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com