Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Elektrokar ustası
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 1 il
Təhsil: Ali və ya Orta-ixtisas
Yaş həddi: 25-40 yaş
İşin Təsviri: Qaldırıcı və daşıyıcı qurğuların anbar daxilində daimi hərəkətinin təşkili üçün təmir işlərinin təmin edilməsi.
İş barədə məlumat
- Avtonəqliyyat mexanizmi və onlarla bağlı konstruksiyaların quraşdırılmasında mürəkkəb işlərin yerina yetirilməsini təmin etmək;
- Əl alətləri ilə yivləri açmaq, qeyri-vacib detalları boltla bərkitmək;
- Mühərrikə əsaslı təmirini başa çatdırmaq;
- Difer və sürətlər qutusunun əsaslı təmirini təşkil etmək;
- Mexaniklə birlikdə nasazlığın yaranma səbəbini araşdırıb nasazlığa diaqnoz qoymaq;
- Ehtiyat hissələrini quraşdırmaq, nizamlamaq və dəyişdirmək;
- Maşının detallarının çıxarılması, yuyulması, təmirə ehtiyacı olan hissələrin müəyyən edilməsi, detal və hissələrin statik balanslaşdırılmasının həyata keçirmək;
- Əməyi mühafizəsi, əmək nizam intizam, yanğından mühafizə normaları, texni-ki təhlükəsizlik, sanitar gigiyena qaydalarına riayət etmək;
- Şirkətin məqsəd və hədəfləri çərçivəsində çalışmaq;
- Avadanlıqların asılma üsullarını,sadə avadanlıqların növləri və onların tətbiq edilmə üsullarını,avadanlıq detallarının yağlanma üsullarını və çilingər alətlərinin təyinatını bilmək;
- Mexanikin yazılı və şifahi göstərişləri və təlimatlarını yerinə yetirmək;
- Vəzifəsinin icrası ilə əlaqədər digər tapşırıqları yerinə yetirməlidir.