Starex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.
İşəgötürən:
Starex
İş barədə məlumat:
- Beynəlxalq yükdaşıma əməliyyatlarının icrası
- Korporativ müştərilərə məxsus yüklərin ölkələrarası daşınmasının təşkili
- Yüklərin vaxtında və tələb olunan standartlara uyğun şəkildə daşınmasının təmin olunması
- Yükün statusu və digər məsələlərlə bağlı davamlı olaraq müştərilərlə danışıqların aparılması
- Partnyor şirkətlərlə əlaqələrin qurulması, inkişaf etdirilməsi
- Qiymət sorğuları üzrə hesablamaların aparılması, qiymət təkliflərinin müştəriyə təqdim olunması
- Müştərilərlə və tərəfdaşlarla hesablaşmaların izlənilməsi
- Daşımalar üzrə bütün tələb olunan sənədlərin hazırlanması, təsdiq edilməsi və aidiyyəti tərəflərə göndərilməsi
- Əməliyyatların effektivliyinin və səmərəliliyinin davamlı olaraq yüksəldilməsi
Layihə: Star Express
Vəzifə: Əməliyyat rəhbəri (beynəlxalq yükdaşıma üzrə)
Əmək haqqı: 1500 – 1700 Azn
İş qrafiki : Həftədə 5 gün
Nahar şirkət tərəfindən təmin olunur
Namizədə tələblər:
- Kommersiya daşımaları üzrə əməliyyatların özəlliklərini dərindən bilməli
- Güclü problem həll etmə bacarığı olmalıdır
- Analitik bacarıqlar
- Əla ünsiyyət bacarıqları
- İngilis və rus dillərini yaxşı səviyyədə bilməli
- Nəqliyyat şirkətlərində minimum 3 il iş təcrübəsi olmalı
Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla «Operations Manager»
hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əmək haqqı:
1500-1700 AZN
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com