Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Biznes analitik üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
İş barədə məlumat
• Biznes analizi apararaq problemlərin, imkanların və həll yollarının araşdırılması
• Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi
• Məlumatları, müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması
• Rəhbərlər, menecerlər, müştərilər və digər maraqlı tərəflər tərəfindən nəzərdən keçirilmək üçün iş, maliyyə və ya iqtisadi məlumatları ümumiləşdirən standart və ya xüsusi hesabatların hazırlanması
İş qrafiki
• Bazarertəsi – Cümə: 10:00-19:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + bonus
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri