Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAMaliyyə Direktoru

26 oktyabr, 2026 0 37
Maraqlanan namizədlər öz CV-lərini recruiter.hr.mn@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Təhsil
Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil;
Təcrübə
Maliyyə sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən minimum 5 il rəhbər vəzifədə — Maliyyə Direktoru, Maliyyə Direktorunun müavini və ya ekvivalent rəhbər vəzifədə təcrübə
İş yeri
Bakı şəhəri
İş barədə məlumat
Vəzifənin məqsədi
• Şirkətin maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi, maliyyə resurslarının səmərəli idarə olunması, gəlirlilik və əməliyyat effektivliyinin artırılması, maliyyə risklərinin idarə edilməsi və rəhbərliyin qərarvermə prosesinin etibarlı maliyyə məlumatları ilə dəstəklənməsi.

Əsas vəzifə və öhdəliklər
• Maliyyə departamentinin fəaliyyətinə rəhbərlik etmək, maliyyə strategiyasını şirkətin biznes məqsədləri ilə uzlaşdırmaq;
• Şirkət və əlaqəli hüquqi şəxslər üzrə büdcələşdirmə, maliyyə planlaşdırması, proqnozlaşdırma və büdcə icrasına nəzarət proseslərini təşkil etmək;
• İdarəetmə uçotu, mühasibat uçotu, vergi uçotu, xəzinədarlıq və maliyyə hesabatlılığı proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
• Gəlirlilik, marjinallıq, məhsul və satış kanalları üzrə maliyyə göstəricilərini təhlil etmək, xərclərin optimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təşəbbüslər irəli sürmək;
• Pul vəsaitlərinin hərəkətini, likvidliyi, dövriyyə kapitalını və banklarla maliyyə münasibətlərini idarə etmək;
• Şirkətin maliyyə nəticələrini mütəmadi təhlil etmək, büdcədən kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər hazırlamaq;
• ERP sistemlərinin maliyyə modullarının tətbiqi və inkişafı proseslərinə rəhbərlik etmək, maliyyə hesabatlılığının avtomatlaşdırılmasını və hesabatların hazırlanma müddətinin optimallaşdırılmasını təmin etmək;
• Maliyyə hesabatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə və tətbiq olunan hallarda Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS/IFRS) uyğun hazırlanmasına nəzarət etmək;
• Vergi öhdəliklərinin düzgün hesablanmasını, vergi risklərinin idarə edilməsini və qanunvericiliyə uyğunluğun təmin edilməsini təşkil etmək;
• Maliyyə nəzarəti, daxili nəzarət mexanizmləri və maliyyə risklərinin idarə edilməsi sistemlərini təkmilləşdirmək;
• Baş direktor və digər rəhbərlər üçün maliyyə təhlilləri, biznes ssenariləri və strateji qərarları dəstəkləyən tövsiyələr hazırlamaq;
• Audit proseslərini, xarici auditorlar və müvafiq maliyyə tərəfdaşları ilə əməkdaşlığı koordinasiya etmək;
• Maliyyə departamentinin komandasını idarə etmək, əməkdaşların peşəkar inkişafını və funksiyanın effektiv fəaliyyətini təmin etmək.

Biz nə təklif edirik?
• Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
• Böyük və dinamik pərakəndə satış şirkətində rəhbər vəzifədə çalışmaq imkanı;
• Şirkətin maliyyə strategiyasının formalaşdırılmasında və biznesin inkişafında birbaşa iştirak;
• Maliyyə proseslərinin rəqəmsallaşdırılması və təkmilləşdirilməsi layihələrinə rəhbərlik etmək imkanı;
• Peşəkar inkişaf və karyera imkanları;
• Müasir ofis şəraiti və əməkdaşlığa əsaslanan iş mühiti.
Namizədə tələblər
• Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil;
• Magistr dərəcəsi, xüsusilə maliyyə və ya biznesin idarə edilməsi üzrə təhsil üstünlükdür;
• Maliyyə sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən minimum 5 il rəhbər vəzifədə — Maliyyə Direktoru, Maliyyə Direktorunun müavini və ya ekvivalent rəhbər vəzifədə təcrübə;
• Pərakəndə satış (retail) sektorunda praktiki maliyyə idarəetməsi təcrübəsi üstünlük deyil, əsas seçim meyarlarından biri hesab olunur;
• Büdcələşdirmə, maliyyə planlaşdırması, idarəetmə uçotu, xəzinədarlıq və maliyyə hesabatlılığı üzrə dərin bilik və praktiki təcrübə;
• Azərbaycan Respublikasının vergi qanunvericiliyi və BMHS/IFRS üzrə yüksək səviyyədə bilik;
• ERP sistemləri ilə praktiki iş təcrübəsi; maliyyə modullarının tətbiqi, təkmilləşdirilməsi və avtomatlaşdırılması layihələrində iştirak üstünlükdür;
• Bir neçə hüquqi şəxsdən ibarət qrup və ya holdinq strukturunda maliyyə proseslərinin idarə edilməsi təcrübəsi;
• Distribusiya, geniş mağaza şəbəkəsi və ya yüksək əməliyyat həcminə malik biznesdə maliyyə idarəetməsi təcrübəsi üstünlükdür;
• ACCA, CIMA, CFA və ya CPA kimi beynəlxalq peşəkar sertifikatlardan birinin olması üstünlükdür;
• Xaricdə təhsil və ya beynəlxalq iş təcrübəsi üstünlükdür;
• Maliyyə göstəricilərinin təhlili, strateji planlaşdırma və biznes qərarlarının maliyyə baxımından qiymətləndirilməsi bacarığı;
• Güclü analitik düşüncə, liderlik, danışıqlar aparmaq və qərarvermə bacarıqları;
• Yüksək məsuliyyət, dəqiqlik, etik davranış və məxfi məlumatlarla işləmək bacarığı.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə