İş barədə məlumat
Hüquqi yardım ilə bağlı ortaya çıxan bütün məsələlər üzrə bankın siyasətinin icrasının təmin edilməsi;
Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, bankdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy verilməsini təmin edilməsi;
Bankdaxili qaydaların hazırlanması üçün struktur vahidlərinə metodiki tövsiyyələr verilməsi, hazırlanmış sənədlərin hüquqi ekspertizasının keçirilməsi və qüvvədə olan qanunvericiliyə uyğun olmasını təmin edilməsi;
Bankın bütün tərəfdaşları ilə bağlanılan əqdlərin (alqı-satqı, kredit, ipoteka, sonrakı ipoteka, girov, forvard, fyuçers müqavilələri, mahiyyətindən asılı olmayaraq digər müqavilələr və əqdlər) qanuniliyinə və bankın hüquqi nöqteyi-nəzərdən mənafelərinə cavab verməsini yoxlanılması və hüquqi rəyin verilməsi;
Səhmdarların Ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyətinin qərarları, İdarə Heyəti Sədrinin əmr və sərəncamlarının hazırlanmasında müvafiq strukturlara yardım edilməsi, onların ekspertizasının edilməsi və rəy verilməsi;
Hüquq-mühafizə, məhkəmə, vergi orqanları, tərəfdaşlar digər təşkilatlarla hüquqi müstəvidə ortaya çıxan məsələlərin həllində bankın adından çıxış edilməsi;.
Bankın tərəfdaşları onun arasında danışıqlar yolu ilə həll olunmayan mübahisələrinin məhkəmə yolu ilə həll olunması üçün qanuvericiliyə müvafiq olaraq, lazımi sənədləşməni aparılması və bankın məhkəmələrdə təmsil edilməsi;
Kredit və girov müqavilələrinin, müştəri xidməti üzrə müqavilələrin, bankın digər tərəfdaşları ilə bağlanılacaq əqdlərin qanunvericiliyə uyğun vahid formasını işləyib hazırlanması və struktur vahidlərinə verilməsi.