AZƏRSUN HOLDİNQ
İnsan Resursları üzrə mütəxəssis
İş barədə məlumat:
- əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi ;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması ;
- Əmək kitabçalarına qeydiyyatının aparılması ;
- Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdırmək ;
- İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi ;
- Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
Namizədə tələblər:
- İqtisadiyyat, menecment, maliyyə, insan resursları ixtisası üzrə ali təhsilli olmalı;
- İnsan Resursları sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “IR üzrə mütəxəssis ” başlığı ilə
cv@azersun.com elektron ünvanına göndərə bilərlər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com