• Ali təhsilli (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Kompüter elmləri, Tətbiqi riyaziyyat, İqtisadiyyat və idarəetmə sahələri üzrə);
• İnformasiya texnologiyaları və ya təhlükəsizliyi sahəsində minimum 3, bank sektorunda müvafiq sahə üzrə minumum 1 il iş təcrübəli;
• Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
• Texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli;
• TCP / IP və OSI modeli, şəbəkə protokolları, trafik axını, sistem rəhbərliyi, müdafiə dərinliyi və ümumi təhlükəsizlik elementləri haqqında geniş məlumatlı;
• Active Directory, LDAP, DNS, VPN və DHCP; Firewall, Anti-Malware, HIDS haqqında bilikli;
• Əməliyyat sistemləri (Windows Server (İİS-in quraşdırılması və idarə olunması), Windows, Linux) üzrə təməl bilikli;
• Sistem və şəbəkə təhlükəsizliyinin, web-əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi və əlaqəli risklər haqqında məlumatlı;
• Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (Oracle, MS SQL Server, MySQL, NoSQL və s.) ilə tanışlıq;
• Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlayan (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
• SIEM platformasının memarlığı, mühəndisliyi və əməliyyatları, onların işləmə prinsipləri ilə tanışlıq (məsələn, Nitro / McAfee Enterprise Security Manager, ArcSight, QRadar, LogLogic, Splunk);
• Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır: CISCO CyberOPS, CCNA Security, Comptia Security+, ISO/IEC 27005, CCNA, RHCSA, MCITP
• BPM, Bİ, Flexcube və s bank proqramları ilə tanışlığının olması üstünlükdür.
Bu iş sizə nələri qazandıracaq:
• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq.
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi
cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kibertəhlükəsizlik risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.