• Ali təhsilli (Statistika, Riyaziyyat, İnformatika, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
• Statistik və ya riyazi modelləşdirmə sahəsində minimum 3, müvafiq sahə üzrə minumum 1 il iş təcrübəli;
• Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
• Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli;
• Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarıqlı;
• İnkişaf etdirilən modelləşdirmə, yüksək rəqəmsal və qabaqcıl məlumatların təhlili üzrə anlayışı olan;
• Front-end və ya Back-end kodlaşdırma təcrübəsi və SQL biliyinin olması üstünlükdür;
• Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığının olması;
• BPM, Bİ, Flexcube və s bank proqramları ilə tanışlığının olması üstünlükdür.
Bu iş sizə nələri qazandıracaq:
• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq.
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi
cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Modelləşdirmə risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.