Azərbaycan Beynəlxalq Bankı Partnyorlarla iş departamentinin Birbaşa satışlar şöbəsinə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
İş barədə məlumat:
• Sahə üzrə bazar analizi etmək;
• Nağd kreditlər, Əmək haqqı və Taksit kartlarının birbaşa satışı;
• Qoyulan satış hədəflərinin icrası;
• Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
• Hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək
Namizədə tələblər:
• Ali təhsilli;
• Müştərilər ilə üzbəüz işləmə bacarığı olan;
• Təqdimat bacarığı olan;
• Yaradıcı və innovativ;
• Satış bacarığı olan;
• Bank məhsullarının satışı üzrə təcrübəsi olan;
• Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.
• Xarici dil bilklərinin olması üstünlükdür.
Bu iş sizə nələri qazandıracaq:
• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi
cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Birbaşa satışlar şöbəsinin mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com