Azərbaycan Beynəlxalq Bankı Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə monitorinq üzrə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
İş barədə məlumat:
• Partnyor şəbəkəsinin monitorinqi;
• Reklam vasitələrinin yerləşdirilməsi (partnyor şəbəkəsində);
• POS terminal vasitələrinin təhvil/təslim edilməsi.
Namizədə tələblər:
• Ali təhsil;
• Ünsiyyət bacarığı olan;
• Təqdimat bacarığı olan;
• Fərdi və komanda tərkibində işləməyi bacaran;
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
• Azərbaycan dili yüksək səviyyədə, Rus dili (üstünlükdür);
Bu iş sizə nələri qazandıracaq:
• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi
cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “EBD-Moniorinq üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün:
www.ibar.az
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com