Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Keyfiyyətə nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.
İş barədə məlumat
- Anbarlarda hiqrometrlərin izlənilməsi, A+A sisteminə nəzarət və hesabatların hazırlanmasını yerinə yetirmək;
- Uyğunsuzluqlar barədə hesabatların tərtibi, izlənilməsi, kök səbəb analizi aparılması və aradan qaldırılan uyğunsuzluqların effektivliyinin yoxlanılmasını (NCR) təmin etmək;
- Aparılan dəyişikliklərin rəsmiləşdirilməsi,izlənilməsi və bağlanış üçün sübutlar toplamaq (MOC);
- Zəruri olduğu təqdirdə anbarlarda xronometrajların qurulması və hesabatların hazırlanmasını icra etmək;
- Sənədlərin nəzarətli nüsxələrinin hazırlnaması, izlənilməsi və zəruri olduğu təqdirdə geri yığılmasını həyata keçirmək;
- İş axış sxemlərinə uyğun olaraq sahələrin fəaliyyətlərini izləmək və aşkarlanan uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq;
- Periodik olaraq sahələrdə auditlər aparmaq;
- Tədarükçü tərəfindən aparılan auditlərdə iştirak etmək;
- Aidiyyatı şöbələrdə Qida təhlükəsizliyi üzrə təlimlər keçmək.