VAKANSİYA: Hesabatlılıq şöbəsinin müdiri

16 dekabr, 2020 0 366


Hesabatlılıq şöbəsinin müdiri


Struktur bölmə: Maliyyə departamenti,Hesabatlılıq şöbəsi
Vəzifə: Hesabatlılıq şöbəsinin müdiri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 31 dekabr 2020



İş barədə məlumat:


- Şirkətin hesabatlılıq sisteminin dəqiqliyini və dolğunluğunu təmin etmək;
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunu və düzgünlüyünü təmin etmək;
- Şirkətin aşağıdakı mütəmadi hesabatlarının daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsini təmin etmək:
- Nəzarətedici orqanlara təqdim edilən aylıq və rüblük hesabatlar;
- Səhmdar, Direktorlar Şurası, Daxili komitələr və İdarə Heyətinə təqdim edilən dövri hesabatlar;
- Şirkət daxilindəki digər struktur bölmələrə təqdim edilən aylıq hesabatlar
- Kənar audit yoxlama prosesinə rəhbərlik etmək və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsini təmin etmək.
- Nəzarətedici orqan, Səhmdar, Direktorlar Şurası, Daxili komitələr, İdarə Heyəti və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılmasını təmin etmək.
- Hesabatlılıq tələblərinin daha çevik həyata keçirilməsi məqsədilə yeniliklər tətbiq etmək




Namizədə tələblər:


- İş təcrübəsi:Sığorta və ya Bank sektorunda Maliyyə idarəetməsi və Hesabatlılıq sahəsində ən azı 3 illik iş təcrübəsi.
- Təhsili/ixtisası:Maliyyə, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: əla;
- Üstünlüklər: Statistika üzrə biliklər. CFA proqramında üzvlük. SQL və PowerBI biliklərinin olması. Ən azı 1 il rəhbər vəzifədə çalışması (qrup rəhbəri və ya şöbə rəhbəri)
- Böyük dördlüyə daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 3 illik iş təcrübəsi;
- Böyük onluğa daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 5 illik iş təcrübəsi.
- ACCA sertifikasiyası üzrə ən azı F səviyyəli imtahanlardan (F1-F9) uğurla keçilməsi və ya DipIFR sertifikasiyası.
- Kompüter bilikləri:Microsoft Office – Əla ( xüsusilə Microsoft Office Excel – Əla səviyyədə işləmə bacarığı)
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.

İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Hesabatlılıq şöbəsinin müdiri” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə