İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin İdarəedilməsi departamentində Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Digital Marketing” qeyd etməklə öz CV-lərinizi
jobs@yelo.az ünvanına göndərə bilərlər.
Struktur: Brendin İdarəedilməsi departamenti
Vəzifə: Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru