İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin Orta və Korporativ kreditlər şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Middle_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi
jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
Struktur: Kreditlərin Bərpası Departamenti / Orta və Korporativ kreditlər şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri
İş barədə məlumat:
• Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq;
• Borclularla əlaqələrin yaradılmasına və borcun ödənilməsinə yönəldilmiş tədbirlərdə iştirak etmək;
• Təmsilçillik funksiyalarını yerinə yetirmək, Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
• Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin məxfi saxlanmasını təmin etmək;
• Qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydalara riayət etmək;
• Fəaliyyəti üzrə mütəmadi hesabatlılıq aparmaq və qeyd etmək.
Namizədə tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (Orta Korporativ Kreditlər üzrə işləyənlərə üstünlük verilir);
• Məsuliyyət və stresə davamlılıq;
• Effektiv ünsiyyət bacarıqları;
• Komandada işləmək bacarığı;
• Tapşırıqların həllində çeviklik;
• Orta səviyyədə kompüter bilikləri (MS Office).
• Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com