VAKANSİYA: Məşğulluq mərkəzi bu rayonlarda işçi axtarır (ƏMƏK HAQQI: 1100-1500 AZN)

25 dekabr, 2020 0 1 999


Məşğulluq mərkəzi bu rayonlarda işçi axtarır (ƏMƏK HAQQI: 1100-1500 AZN)


VAKANT VƏZİFƏLƏR:
Mütəxəssis və orta idarəetmə vəzifələri - 16 Saylı Ərazi Məşğulluq mərkəzi (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)
Mütəxəssis və orta idarəetmə vəzifələri - 17 Saylı Ərazi Məşğulluq mərkəzi (Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Laçın)
Mütəxəssis və orta idarəetmə vəzifələri - 18 Saylı Ərazi Məşğulluq mərkəzi (Tərtər, Bərdə, Ağdam, Naftalan)

ƏMƏK HAQQI: 1100-1500 AZN

VƏZİFƏ FUNKSİYALARI:

- Müvafiq qayda, təlimat və standartlara uyğun olaraq Ərazi Məşğulluq mərkəzinə müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi;
- İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
- Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
- Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılmasında və onlara vaxtında cavab verilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülməsi;
- Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması onların qəbul edilməsi;
- Zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərin göstərilməsi;
- Müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsi;
- Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

- Təhsil tələbi: Ali təhsil; (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr)
- İş stajı: vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır)
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

- Məsuliyyətlilik
- Etibarlılıq, dürüstlük
- İnkişaf yönümlü və innovativlik
- Operativlik, çeviklik
- Təşəbbüskarlıq
- Nəticəyə hədəfli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə müvafiq olaraq
16 Saylı Ərazi Məşğulluq mərkəzi (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)” , “17 Saylı Ərazi Məşğulluq mərkəzi (Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Laçın)” və ya “18 Saylı Ərazi Məşğulluq mərkəzi (Tərtər, Bərdə, Ağdam, Naftalan)” yazaraq hr.dma@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürən:

16, 17 və 18 Saylı Ərazi Məşğulluq mərkəzləri





Əmək haqqı:
1100-1500 AZN



HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
1100-1500 AZN
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə