Azərbaycanda işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği artıb

26 mart, 2020 0 722


Azərbaycanda işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği artıb


Bu ilin mart ayının 1-i vəziyyətinə Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 90,8 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, onların da 37%-ini qadınlar təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 338,9 manat (1 fevral tarixi ilə müqayisədə 14,7% artım) təşkil edib.

Qeyd edək ki, 2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 86,2 min nəfər, işsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat olub.

Xatırladaq ki, 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
APA
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə