• Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr/magistr dərəcəsi
• Data scientistlərdən ibarət qrupun idarə edilməsi üzrə 2 ildən artıq peşəkar təcrübə (vəzifələrin və işin bölgüsü və planlaşdırılması, komandanın yaradılması və inkişafı)
• Banklarda maşın öyrənmə modelləri hazırlamaqda 2 illik peşəkar təcrübə
• Məlumat təhlili və maşın öyrənmə texnologiyalarından istifadə edərək uğurla başa çatdırılan layihələr
• Proqramlaşdırma dillərindən istifadədə 4 ildən artıq peşəkar təcrübə və məlumatların təhlili və maşın öyrənmə kitabxanaları üzrə mükəmməl biliklər (seçilənlərdən ən az biri: Python (Pandas, NumPy, scikit-learn, Scipy, TensorFlow) və ya R)
• Əlavə proqramlaşdırma dilləri və data analitika alətləri (SQL, Alteryx və digərləri) üzrə 4 ildən artıq təcrübə
• Maşın öyrənmə, statistika və data mining texnikaları haqqında qabaqcıl biliklər və qeyd olunanların istifadəsində kifayət qədər təcrübə
• Bankçılıq və analitika təhlili üzrə təcrübə
• Yaxşı ünsiyyət və danışıq bacarıqları
• Azərbaycan və ingilis dillərini mükəmməl; Rus dilini bilmək bir üstünlük kimi qəbul ediləcəkdir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini
recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Data Scientist Qrup rəhbəri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərə alınmayacaqdır.