VAKANSİYA: "Bakcell" işçi axtarır

05 mart, 2019 0 1 571


"Bakcell" işçi axtarır


"Bakcell" Müştərilərlə əlaqələrin, abunəçi axınının idarə edilməsi və yeni abunəçilərin cəlb edilməsi bölməsinin rəhbəri vəzifəsinə işçi axtarır

Vakansiya haqqında

İdarə : Marketinq
Şöbə: Müştəri Dəyərinin İdarə edilməsi
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 12.03.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Abunəçi axınının idarə edilməsi’’ strategiyasını təkmilləşdirmək
* Abunəçi axınının qarşısını almaq üzrə təşəbbüsləri idarə etmək
* Əsas səmərəlilik göstəricilərinə (KPI) daim nəzarət etmək və onlara əsasən lazımi qərarlar vermək
* Abunəçi axınının proqnozlaşdırılması modellərinin hazırlanması və onların dövri olaraq yenilənməsinə nəzarət etmək
* Yeni abunəçiləri təhlil etmək və onların vaxtından əvvəl axını ehtimalını azaltmaq üçün təkliflər irəli sürmək
* Abunəçi axınının təhlilinə əsasən bu axınının qarşısını almaq üzrə kampaniyalar hazırlamaq
* Rəhbərliyə dövri hesabatlar təqdim etmək
* Abunəçi axınını azaltmağa yönəlmiş yeni hədəfli (seqmentli) marketinq ssenarilərini yaratmaq
* Məlumatın düzgün emal olunmasını (data mining) və analizini təmin etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali Təhsil (Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika və İqtisadiyyat sahəsində təhsilə üstünlük verilir)
* Məlumatın təhlili, Hesabat, Tədqiqat və Analitika sahəsində ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur)
* İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* Yaradıcı
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Güclü riyazi bilik
* Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
* MS Office proqramlarını mükəmməl bilmək
* IBM SPSS, SAS və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı

Müraciət etmək üçün

CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘‘Müştərilərlə əlaqələrin, abunəçi axınının idarə edilməsi və yeni abunəçilərin cəlb edilməsi bölməsinin rəhbəri’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə