Dövlət qulluğunda kadr siyasətinin inkişafı istiqamətində rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modulları və proqramlar hazırlanacaq.
HR-AZ.com xəbər verir ki, bu haqda AzərTAc məlumat yayıb.
Təlim proqramları “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə hazırlanacaq.
Strategiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İmtahan Mərkəzi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.
Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
AzərTAc