"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
İş barədə məlumat
· ADS managerdə targetin müəyyənləşdirilməsi, reklamların yerləşdirilməsi və optimizasiyası;
· Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq. Mövcud datanın necə istifadə olunmasını anlamaq, dəlillər gətirmək və növbəti addımları planlamaq;
· A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması;
· Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
· Trafikin, kampaniyaların, elanların və auditoriyanın effektivliyinin sistematik analizi.