"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
İş barədə məlumat:
• Mağaza rəhbərinə inzibati dəstək;
• Sənədlərin və qiymətlərin çap olunması;
• Məhsulların düzgün yerləşdirilməsinə nəzarət;
• Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət.
Namizədə tələblər:
• Ali təhsil;
• İnzibati sahədə iş təcrübəsi- 1 il;
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Müştərilərlə davranış etikası
• Əmək məcəlləsinə uyğun sənədləşmə;
• İş qrafiki: I-V iş günləri (10:00-19:00), VI,VII istirahət günləri.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Müraciət linki
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com