"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://jobs.talhunt.az/kontakt/259-crmVacancy: CRM manager
İşəgötürən:
Kontakt Home
İş barədə məlumat:
• Müştəri bazasına Email və Push göndərişlər hesabına gəlirin artırılması;
• Davranışa uyğun olaraq istifadəçilərin seqmentasiyası;
• Statistik məlumat bazası, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi iş aparmaq;
• Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;
• Nəzəriyyələrin düşünülməsi və yoxlanılması, A/B testlərinin aparılması və onların əsasında qərarların qəbul edilməsi;
• Müştərilərin davranış yollarının mükəmməlləşdirilməsi (customer journey map);
• Natamam sifarişlərin konversiya faizini artırmaq;
• Hesabatların hazırlanması, planlama və proseslərin təhlili;
• Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
• Təkrar və yeni sifarişlərin artırılması istiqamətində iş aparmaq.
Namizədə tələblər:
• Ali təhsil;
• Azərbaycan və rus dillərini bilməli;
• Uyğun vəzifə üzrə iş təcrübəsi – 3 ildən az olmayaraq;
• Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
• Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate);
• CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
• Biznes proseslərin yaradılması və avtomatlaşdırılması üzrə iş təcrübəsi;
• Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
• Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
• Digital yönümlü olmalı.
İş şəraiti:
• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
• Rəqabətqabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kjld1uhx
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com