"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Çağrı mərkəzi Operatoru (Yarım ştat)
İşəgötürən:
Kontakt Home
İş barədə məlumat:
• Daxil olan telefon zənglərinə cavab vermək;
• Kompüterdə zənglərin qeydiyyatını aparmaq;
• Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək;
• Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.
Namizədə tələblər:
• Ali təhsilli (Tələbələr də müraciət edə bilər)
• Azərbaycan və Rus dillərini səlis bilməli;
• Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
• Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
• Xoş səs tonuna malik olmalı;
• Kollektivdə komanda ilə işləmə bacarığı;
• Məsuliyyətli və inkişafa meyilli olmalı;
• Emosiyalarını idarə edə bilməli;
• Stresə davamlı olmalı.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 15:00-dan 20:00-dək, 16:00-dan 21:00-dək hər 3 gündən bir istirahət günüdür
- Əmək haqqı 250 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kk6wzmt9
Əmək haqqı:
250 AZN
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com