Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
İşəgötürən:
Unibank
İş barədə məlumat:
• FATCA/CRS qaydalarını bilmək və işləmək qabiliyyəti;
• FATCA/CRS sahəsində bütün dəyişiklər və yeniliklər haqqında məlumatlı olmaq;
• FATCA/CRS prosedurunun düzgün aparılması, onları nəzarət etmək və aşkar olunmuş; uyğunsuzluqları haqqında rəhbərliyə və biznesə vaxtında məlumat vermək;
• İldə bir dəfə Vergilər Nazirliyinə hesabat hazırlaması və göndərilməsi.
Namizədə tələblər:
• Ali təhsil;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, Rus və İngilis dillərində sənədləri/qaydaları oxuyub başa düşəcək səviyyədə bilmək;
• MS Excel, MS Word proqramları və İnternet ilə işləmək bacarığı;
• Müştəri sənədləri ilə işləmək və hesabatları hazırlamaq bacarığı;
• Güclü araşdırma və analitik qabiliyyətinə malik olmaq;
• Stressə davamlılıq və komandada işləmək bacarığı;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini
cv@unibank.az elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (FATCA/CRS) göstərməyiniz xahiş olunur) və ya
https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com