"İşəqəbul prosesində psixodiaqnostik metodlar və onlarla işləmə qaydası" təlimi işəqəbul mütəxəssisləri və işəqəbul və ya karyera müsahibələrində iştirak edən İR mütəxəssisləri və digər menecerlər üçün nəzərdə tutulmuşdur.
Təlimçi Aygün Ramazanova Yusif qızı Psixologiya ixtisası üzrə bakalavr və magistr təhsili almış, eyni zamanda gənc yaşlarından müxtəlif qeyri-hökumət təşkilatlarında (QHT) aktiv fəaliyyət göstərmişdir. Peşəkar fəaliyyətinə Qaynar xətdə psixoloq konsultant olaraq işə başlamış, paralel olaraq müxtəlif qəzet və jurnallarda ixtisası üzrə məqalələr yazmış və həmçinin təlimlər aparmışdır. Zamanla apardığı təlimlər sayəsində şirkətlərin birində İnsan Resursları şöbəsində təlimçi olaraq işə başlamış və sonralar fərqli şirkətlərdə İnsan Resurslarının müxtəlif sahələrində çalışaraq müvafiq təcrübəyə yiyələnmişdir.
Hazırda şirkətlərin birində İnsan Resursları şöbəsinin meneceri vəzifəsində çalışır. O həmçinin, beş illik QHT və on bir illik İnsan Resursları sahəsində təcrübəsinin nəticəsi olaraq əməkdaşlıq etdiyi müxtəlif kurslarda sahəsinə aid silsilə təlimlər aparır. Bununla yanaşı, fərdi şəxslərə ixtisas seçimdə yardımçı olaraq karyera məsləhətləri verir və ayrı-ayrı təşkilatlarda sahəsi üzrə müxtəlif xidmətlər göstərir.
Aygün Ramazanova eyni zamanda, ixtisasına və peşəsinə aid çox sayda məqalələrin müəllifidir.
Təlimi yekunlaşdırdıqdan sonra siz aşağıdakı bilik və bacarıqlara yiyələnmiş olacaqsınız.
• Müsahibədə lazım olan əsas alətlər (bədən dili, proyektiv metodlar, diaqnostik metodlar, anketlər və s.)
• Müsahibədə ehtiyat tədbirləri (müsahibəyə hazırlıq, ünsiyyət və davranış qaydaları, koqnitiv təhrif, halo və horn effektlərinin aradan qaldırılması)
• Namizədin fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi (temperament, şəxsiyyət psixotipləri)
• Namizədin peşəkar kompetensiyalarının diaqnostikası (STAR modeli, metaproqram texnikası, emosional zəkanın dəyərləndirilməsi)
4 moduldan və 8 saatdan ibarət olan təlim proqramı nəzəri informasiya və praktiki tapşırıqlardan (rol oyunları) ibarətdir.
Təlim və tədris ediləcək modullar barədə ətraflı məlumat almaq üçün aşağıda təqdim edilən faylı yükləyə bilərsiniz:
Ətraflı məlumat üçün faylı yükləyin:
isheqebul-zamani-psixodiaqnostik-metodlar-kursu.pdf [1,24 Mb] (yüklənib: 45)
Kursa qeydiyyatdan keçmək üçün
bura daxil olun!
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com