İş vaxtının cəmlənmiş uçotunda İNCƏ MƏQAM

09 mart, 2020 0 2 934


İş vaxtının cəmlənmiş uçotunda İNCƏ MƏQAM


İş vaxtının cəmlənmiş uçotunda məzuniyyət və əmək qabiliyyətinin itirilməsi necə tənzimlənir?

İşəgötürən iş vaxtının cəmlənmiş uçotu rejimini tənzimləyən zaman, işçinin əmək məzuniyyəti və əmək qabiliyyətini itirməsi hallarına da diqqət yetirməlidir.
2019-cu ilin istehsalat təqviminə əsasən, 1926 saat iş vaxtı norması müəyyən edilib. İşəgötürən qeydiyyat (uçot) dövrünü il olaraq nəzərdə tutubsa, o zaman işçinin məzuniyyət və əmək qabiliyyətini itirdiyi dövrünü də həmin normadan çıxmalıdır.

Misal üçün, işçi 30 təqvim günü əmək məzuniyyətində olub və 16 gün də əmək qabiliyyətini itirib. Məzuniyyətdə olduğu dövrdə, işçi 18 iş günü işə gəlməyib və əmək qabiliyyətlidə olduğu dövrdə isə, 12 iş günü xəstə olub.
Bu zaman işçinin qeydiyyat (uçot) dövrü üzrə iş saatların cəmi belə hesablanacaq:
İşçinin iş vaxtı norması = 1 926 saat (2019-cu il üzrə iş norması) -144 saat (18 iş günü x 8 saat) – 96 saat (12 iş günü x 8 saat)= 1 686 saat.
Beləliklə, işçinin iş vaxtının müddəti 1 926 saat yox, əmək məzuniyyəti və əmək qabiliyyətini itirdiyi günlər də nəzərə alınmaqla 1 686 saat olmalıdır. Eyni hesablama qeydiyyat (uçot) dövrü rüb və ay götürülən hallar üçün də keçərlidir.
Bir məsələni də bildirək ki, bəzi işəgötürənlər iş rejiminə görə işçiləri ardıcıl 14 gün iş və 14 gün istirahət sistemi ilə çalışdırırlar. Misal üçün neft-qaz sektorunda fəaliyyət göstərən əksər işəgötürənlər qeyd edilən sistemin düzgün tətbiq olunması üçün iş vaxtının cəmlənmiş uçotundan istifadə edirlər. Bu cür iş rejimində çalışan işəgötürənlər işçilərin məzuniyyətlərinin tam olaraq14 gün istirahət günün əhatə etməməsini tənzimləyirlər. Çünki işəgötürən işçinin istirahət günləri üçün məzuniyyət haqqı ödəməyi məqsədəuyğun hesab etmirlər. İşəgötürənlər işçinin məzuniyyət dövrü ilə bağlı daxili tələblər nəzərdə tuturlar ki, işçinin məzuniyyət dövrü iş günləri də əhatə etsin.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
MKS.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə