VAKANSİYA: İR Layihələri və Data üzrə mütəxəssis

15 sentyabr, 2021 0 865


İR Layihələri və Data üzrə mütəxəssis


Şirkət : Azerconnect
Funksiya : İnsan Resursları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 25 Sentyabr 2021

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

İR Layihələri və Data üzrə Mütəxəssis insan resursları hesabatlarını, onların ölçülərini və izləmə vasitələrini hazırlayan, əlaqəli maraqlı tərəflər arasında effektiv koordinasiyanı həyata keçirməklə layihə planlarının icrasını izləyən və təkmilləşdirən yüksək analitika və cavabdehliyə sahib peşəkardır;

İşəgötürən:

Azerconnect MMC

İş barədə məlumat:

*İnsan Resursları hesabatlarını, onların ölçmə və izləmə vasitələrini yaratmaq;
*Müxtəlif ünsiyyət vasitələri və platformalar vasitəsilə əsas maraqlı tərəflər üçün İR hesabatlılıq prosesini hazırlamaq;
*Biznes strategiyasına uyğun olaraq İR layihələri və təşəbbüslərini analiz etmək və yenidən formalaşdırmaq;
*İR daxili görüşlərinin təşkilatçılığını etmək, aktual mövzuları gündəmə gətirməklə görüşlərin səmərəliliyini artırmaq, iclas protokollarının izləmək;
*İnsan Resursları rəhbərliyinə layihə planlarının və görüşlərdə müzakirə olunan mövzuların icrası ilə əlaqədar hesabat vermək;
*İnsan Resursları ilə birlikdə layihələrin idarə edilməsi standartlarına uyğun olaraq layihələrin koordinasiyasını və təşəbbüslərin planlaşdırmasını həyata keçirmək;
*İnsan resursları layihə və təşəbbüslərinin hazırlanması, koordinasiyası və icrasına dəstək olmaq;
*Spesifik proqramların hədəf və vəzifələrinin uğurla tamamlanmasını təmin etmək üçün resursları planlaşdırmaq, təşkil etmək və idarə etmək;
*Proqramların effektivliyini təmin etmək üçün sistematik prosesləri yaratmaq;
*Optimallaşdırma və İR strategiyasının gündəliyində olan məsələlərin həyata keçirilməsi üçün yeni təklifləri hazırlamaq, təhlil etmək və mövcud biznes proseslərinə uyğunlaşdırmaq;
*Təyin olunmuş proqramlar, layihələr və təşəbbüslər üçün büdcənin idarə olunmasında dəstək olmaq;
*İnsan Resurslarının tranformasiya layihələrinin bütün mərhələlərinin həyata keçirilməsi, əlaqəli təşəbbüslərin koordinasiyası, planların hazırlanması və təsdiqi, gözlənilən nəticələrin əldə olunması üçün müxtəlif İR funksiyaları və biznes rəhbərləri ilə əməkdaşlıq etmək;
*Proqramların hazırlanması və həyata keçirilməsinə maraqlı tərəfləri cəlb edə bilmək üçün ümumi olaraq şirkətdə və İR daxilində çalışan liderlərlə əməkdaşlıq etmək;
*İcra olunan iş yükünü, çətinlikləri, riskləri və təklif olunan dəyişiklikləri analiz etmək;
*Qeyd olunanlar bu vəzifənin ümumi təsviridir, müvafiq olaraq əlavə öhdəliklər təyin oluna bilər.



Namizədə tələblər:

*Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinə üstünlük verilir);
*Layihə idarəetmə təcrübəsi ən azı 2 il;
*İnsan Resursları sahəsində iş təcrübəsi və HR təcrübələrini yaxşı başa düşmək;
*Azərbaycan və İngilis dillərini mükəmməl bilmək. Yaxşı səviyyədə rus dili biliyinə üstünlük verilir;
*Layihələrin idarə olunması prosesləri yaxşı bilmək;
*Güclü Excel bacarıqları: hesabatlılıq cədvəllərin hazırlanması, hesabat vermək və görüntüləmək üçün izləmə vasitələrinin yaradılması;
*Qarşı tərəfə təsir edə bilmə və maraqlı tərəfləri idarə edə bilmə bacarıqları;
* Moderatorluq bacarıqları.

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid almağınızı xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə