VAKANSİYA: Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis

15 aprel, 2021 0 475


Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis


Funksiya : Şəbəkə Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 26 Aprel 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis yeni şəbəkə sahələrinin qurulacağı ərazilərdə öncədən texniki baxış keçirilməsinə, icarədarlarla danışıqların aparılmasına və müvafiq olaraq müqavilələrin bağlanmasına cavabdeh şəxsdir.


İşəgötürən:

Azerconnect MMC

İş barədə məlumat:


*Sahələrin texniki baxışlarını həyata keçirmək, təşkil etmək və yeni sahələri tapmaq, həmçinin danışıqlar aparmaq və müsbət nəticəni əldə etmək;
*Müqavilənin imzalanması üçün lazımı sənədlərin toplanmasını təmin etmək, əmlak sahibinin bank məlumatlarını almaq və ödənişin olunmasını təmin etmək, icarə müqavilənin imzalanmasını təmin etmək və prosesi sona kimi izləmək;
*Müqavilələrin icraatı və onlara xitam verilməsi ilə bağlı tələb olunan sənədlər hazırlamaq;
*Şirkət tərəfindən imzalanan sənədlərin imzalamaqla üzərinə götürülən öhdəliklərin və risklərin qanuniliyini və şirkətin maraqlarına uyğun olmasını yoxlamaq və təmin etmək;
*İcarə saytlarının icarə haqqı ödənişlərinin vaxtında icra edilməsinə nəzarət etmək, sökülən sahələr haqqında məlumatı qəbul etmək və lazımı şəxslərə ötürmək;
*Sökülən sahələrdə sahənin geri təhvil verilməsi ilə bağlı təhvil təslim aktı tərtib etmək və bu aktın icarəyə verən tərəfindən imzalanmasına nəzarət etmək. Tərtib olunmuş akta əsasən icarə müqavilələrinə xitam haqqında razılaşma hazırlamaq və hər iki tərəfdən bu razılaşmanın təsdiqlənməsini təmin etmək;
*Şirkətin bütün siyasət və proseduralarına riayət etmək. Şirkətin sağlamlıq və təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək;




Namizədə tələblər:


* Telekommunikasiya sahəsində minimum 5 il iş təcrübə;
* Azərbaycan və ingilis dillərini səlis bilmək;
* Rus dili biliyi üstünlükdür;
* MS Ofis proqramlarını yaxşı bilmək;
* Ünsiyyət bacarığı;
* Problem həll etmə bacarığı;
* Komanda ruhu;

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə