Funksiya : Şəbəkə Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi :
20 Aprel 2021Müqavilə müddəti : Daimi
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Texniki Layihə meneceri dinamik layihə idarəetmə ofisinin aparıcı rollarından biridir. Bu rolda sizdən strateji hədəfləri effektiv və səmərəli şəkildə həyata keçirmək, layihə planını davamlı olaraq optimallaşdırmaqla kross-funksional komandanı proaktiv şəkildə idarə etmək və bunun üçün lazım olan güclü bilik və bacarıqlara sahib olmaq tələb olunur.