Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAMəlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı

İşəgötürən: Azerconnect MMCŞirkətin bütün vakansiyalarına bax →
15 aprel, 2021 0 564
Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı


İdarə : Rəqəmsallaşdırma və Müştəri Təcrübəsi
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 15 Aprel 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı Rəqəmsallaşdırma və Müştəri Təcrübəsi İdarəsinin aparıcı rollarından biridir. Bu rolda sizdən Biznes ehtiyaclarını uyğun şəkildə başa düşmək və Biznesin tələblərini texniki dilə çevirmək tələb olunmaqdadır;
İş barədə məlumat

*Gündəlik, həftəlik və aylıq qiymətləndirmə proseslərinin avtomatlaşdırılmasını təmin etmək və idarə etmək;
*Həm daxili, həm də xarici mənbələrdən verilənlərin alınması üçün ETL (Çıxarma, Dəyişmə və Yükləmə) proseduralarını hazırlamaq və həyata keçirmək, eləcə də verilənlərin təsdiqlənməsi və keyfiyyətinin yoxlanılmasını təmin etmək;
*Mürəkkəb və geniş hesabatlar üçün ümumi məlumat anbarları yaratmaq və onlara nəzarət etmək;
*Məlumatların inteqrasiyasını təmin etmək və mövcud problemləri aradan qaldırmaq;
*Yeni məlumatların çıxarılması, çevrilməsi və yüklənməsi proseslərini dizayn etmək, qurmaq və işə salmaq;
*Məlumatların keyfiyyət standartlarını hazırlamaq və təkmilləşdirmək, sorğuları optimallaşdırmaq, mövcud və yeni yaradılmış hesabatları yoxlamaq.


Namizədə tələblər

- Ali təhsil;
- Əlaqəli sahədə 3 il iş təcrübəsi;
-Komanda işi və əməkdaşlıq;
- Güclü analitik bacarıqlar;
- Problemi yaxşı yönümlü həll etmək bacarıqına malik olmaq;
- Gərgin iş rejimində işləmək qabiliyyəti;
- Təşəbbüskar və yaradıcı olmaq;
- Ofis proqramları üzrə yüksək bilik;
- SQL, Oracle, PL/SQL üzrə əla bilik;
- Qlikview, ODI, SSRS, SAS DI üzrə biliklərə üstünlük verilir;
- Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək.

Müraciət üçün:

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə