Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Energetika avadanlıqları üzrə böyük mühəndis” başlığı ilə
recruitment@suom.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 12.10.2026
İş barədə məlumat
• Struktur təşkilatlarında elektrik avadanlıqlarının texniki vəziyyətinə, təmirinə və profilaktik müayinəsinə nəzarət etmək, təmir işlərinin təşkilini təmin etmək və nəticələri barədə hesabatlar hazırlamaq;
• Obyektlərin fasiləsiz və etibarlı enerji təchizatının təmin edilməsinə, energetika avadanlıqlarının istismarına, təmirinə və enerjidən səmərəli istifadəyə nəzarət etmək;
• Energetika təsərrüfatının inkişafı, rekonstruksiyası və layihələndirilməsi üzrə işlərdə, layihə sənədlərinin ekspertizasının təşkilində və müvafiq texniki rəylərin hazırlanmasında iştirak etmək;
• Əsaslı tikinti obyektlərinin energetika avadanlıqları ilə komplektləşdirilməsində, layihə və sxemlərə uyğun tikinti-quraşdırma işlərinə texniki nəzarətin həyata keçirilməsində iştirak etmək;
• Energetika xidmətlərinin təmir və istismar ehtiyacları üzrə avadanlıq, ehtiyat hissələri, material və alətlərə olan tələbatı təhlil etmək və ümumiləşdirmək
• Energetika avadanlıqlarında baş vermiş qəza və nasazlıqların səbəblərinin araşdırılmasında, onların aradan qaldırılması və təkrar baş verməsinin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasında iştirak etmək;
• Energetika təsərrüfatında əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına, işçilərin təhlükəsiz iş üsulları üzrə təlimatlandırılmasına və mühafizə vasitələri ilə təminatına nəzarət etmək.
Namizədə tələblər
• Elektrik mühəndisliyi, Elektroenergetika mühəndisliyi və ya əlaqəli texniki ixtisas sahələri üzrə Ali təhsil
• Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
• Aşağı və yüksək gərginlikli elektrik qurğularının istismarı qaydaları barədə müfəssəl biliklər
• Rele mühafizəsi sistemlərinin iş prinsipləri, əsas mühafizə növləri və sazlanma parametrləri haqqında geniş təcrübi biliklər
• Partlayış təhlükəli zonalarında tətbiq olunan elektrik avadanlıqlarının seçilməsi, istismarı və texniki xidmətinə dair tələblərlə tanışlıq
• Elektrik mühərrikləri, transformatorlar, generatorlar, kabel xətləri və paylayıcı qurğuların texniki vəziyyətini qiymətləndirməyi və nasazlıqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti
• Elektrik avadanlıqlarının təmirdən sonra istismara qəbul edilməsi, zəruri yoxlama, sınaq və ölçmələrin aparılması, qoruma və idarəetmə sistemlərinin yoxlanılması qaydaları, şəbəkələrin və energetika sistemlərinin iş rejimlərinin təhlili, texniki sənədlərin və elektrik sxemlərinin oxunması, avadanlıqların seçilməsi və texniki həllərin hazırlanması üzrə güclü praktiki biliklər
• Mürəkkəb problemləri strukturlaşdırmaq və əsaslandırılmış qərarlar vermək bacarığı
• Problem analiz etmə, praktik həll yolları tapmaq bacarığı
• İngilis dili biliyi üstünlük hesab olunur