Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYABazar davranışlarının tənzimlənməsi və nəzarətin metodologiyası şöbəsinin Böyük mütəxəssisi

İşəgötürən: Mərkəzi BankŞirkətin bütün vakansiyalarına bax →
13 oktyabr, 2026 0 32
Mərkəzi Bank Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti, Bazar davranışlarının tənzimlənməsi və nəzarətin metodologiyası şöbəsinin Böyük mütəxəssisi vakansiyası üzrə vakansiya elan edir.

Daha çox məlumat və müraciət üçün Mərkəzi Bankın karyera portalına keçid edin.

Müraciət üçün son tarix: 26.10.2026
Təhsil
Maliyyə/İqtisadiyyat/Hüquq/İdarəetmə üzrə Ali təhsil
Təcrübə
Maliyyə institutlarında müvafiq sahə üzrə 3 il
İş barədə məlumat
• Bazar davranışlarının tənzimləmə və nəzarət siyasəti üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi məqsədilə araşdırmalar aparır, onların tətbiqi imkanlarını qiymətləndirir və nəticələri üzrə rəhbərliyə arayışlar və təkliflər hazırlayır;
• Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, habelə qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq maliyyə institutlarının fəaliyyətinin tənzimlənməsinə dair normativ metodoloji bazanı hazırlayır və mövcud bazanı təkmilləşdirir;
• Bazarın monitorinq nəticələri, maliyyə xidmətlərinin istehlakçıları və investorların şikayətləri və hüquq pozuntuları üzrə analitik hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
• Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə maliyyə institutlarına, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən struktur bölmələrin əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərir;
• Maliyyə xidmətlərində (məhsullarında) baş verən dəyişiklikləri və yeniliklərin dövri izlənilməsini və maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışların həyata keçirilməsi istiqamətində təkliflər hazırlayır;
• Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə bazar davranışlarının tənzimlənməsi üzrə requlyativ çərçivəyə nəzərdə tutulan dəyişikliklərə maliyyə institutlarının, zərurət yarandıqda istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, maliyyə institutları ilə daim dialoqun olmasını təmin edir;
• Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar hazırlanmış təkliflərə rəy verir;
• Aidiyyəti struktur bölmənin sığorta tariflərinə verilmiş rəy nəzərə alınmaqla sığortaçıların hazırladığı sığorta qaydaları üzrə könüllü sığorta növünün aparılmasına icazə verilməsi ilə bağlı tədbirlər görür;
• Maliyyə sektoru üzrə bazar davranışlarının tənzimlənməsinə dair ən yaxşı təcrübələri izləyir, yanaşmaları təhlil edir və nəticələrlə bağlı hesabatlar hazırlayır;
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə