Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAKibertəhlükəsizlik üzrə mütəxəssis

27 noyabr, 2026 0 10
Biz nə təklif edirik: Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketləri, kritik xəstəliklərə qarşı Korporativ Həyat Sığortası, fərdi inkişaf planı üzrə təlim imkanları, ödənişsiz dayanacaq, “Dəyərlisən” platforması vasitəsilə xüsusi güzəşt və endirimlər, idman və sağlamlıq xidmətlərindən istifadə imkanları.

Maraqlanan namizədlər müvafiq linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Təhsil
İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil
Təcrübə
İnformasiya təhlükəsizliyi sahəsində 1–2 il iş təcrübəsi
İş barədə məlumat
• İnformasiya təhlükəsizliyi sistemlərinin (WAF, NGFW, EDR, DLP, PAM, SIEM, MDM və s.) layihələndirilməsi, quraşdırılması, sazlanması, idarə edilməsi və fasiləsiz işləməsinin təmin edilməsi;
• Veb tətbiqlərin və API-lərin WAF vasitəsilə qorunması, təhlükəsizlik siyasətlərinin hazırlanması, yanlış pozitiv halların azaldılması və qaydaların optimallaşdırılması;
• Yeni veb tətbiqlərin WAF-a inteqrasiyasının və təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi;
• Firewall və digər şəbəkə təhlükəsizliyi avadanlıqlarında giriş qaydalarının tənzimlənməsi və optimallaşdırılması;
• Serverlərin, iş stansiyalarının və şəbəkə avadanlıqlarının CIS Benchmarks və daxili standartlara uyğun sərtləşdirilməsi (hardening);
• Endpoint təhlükəsizliyi və mobil cihazların idarə edilməsi həllərinin tətbiqi və inkişaf etdirilməsi;
• Məlumat sızıntısının qarşısının alınması (DLP) və imtiyazlı girişlərin idarə edilməsi (PAM) sistemlərinin idarə edilməsi və dəstəklənməsi;
• Təhlükəsizlik zəifliklərinin aşkarlanması, nəticələrin təhlili və aradan qaldırılması prosesinin İT komandaları ilə birlikdə izlənilməsi;
• Şirkət layihələrində və İT infrastrukturunda dəyişikliklər zamanı kibertəhlükəsizlik tələblərinin müəyyən edilməsi və tətbiqi;
• Təhlükəsizlik sistemlərinin yenilənməsi, yüksək əlçatanlıq və bərpa ssenarilərinin test edilməsi;
• Daxili və xarici auditlərdə iştirak, texniki sübutların təqdim edilməsi və audit tapıntıları üzrə düzəldici tədbirlərin icrası;
• Texniki sənədlərin, konfiqurasiyaların və iş təlimatlarının hazırlanması və yenilənməsi;
• Təhlükəsizlik göstəricilərinin (KPI/KRI) izlənilməsi, hesabat və təqdimatların hazırlanması;
• Təchizatçılar və texniki dəstək komandaları ilə əməkdaşlıq.
Namizədə tələblər
• İnformasiya təhlükəsizliyi sahəsində 1–2 il iş təcrübəsi;
• Təhlükəsizlik həllərinin (WAF, NGFW, IPS/IDS, EDR/XDR, DLP, PAM, SIEM, MDM, e-poçt təhlükəsizliyi və s.) quraşdırılması, sazlanması və istismarı üzrə nəzəri və praktiki biliklər;
• WAF həllərinin idarə edilməsi, imza və qaydaların tənzimlənməsi üzrə praktiki biliklər;
• Firewall və NGFW qaydalarının idarə edilməsi, şəbəkə seqmentasiyası və VPN həlləri üzrə biliklər;
• Şəbəkə protokolları (TCP/IP, DNS, HTTP/S, TLS/SSL, SMTP) və şəbəkə arxitekturası üzrə biliklər;
• Endpoint təhlükəsizliyi, MDM və sistemlərin sərtləşdirilməsi üzrə praktiki biliklər;
• DLP və PAM həllərinin iş prinsipləri və idarə edilməsi üzrə biliklər;
• Windows Server və Linux əməliyyat sistemlərinin təhlükəsiz administrasiyası üzrə biliklər;
• Active Directory, Entra ID (Azure AD), LDAP, MFA, SSO və IAM prinsipləri üzrə biliklər;
• Zəifliklərin aşkarlanması və idarə edilməsi alətləri ilə işləmək bacarığı;
• SSL/TLS sertifikatlarının və açıq açar infrastrukturunun (PKI) idarə edilməsi üzrə biliklər;
• ISO/IEC 27001, NIST CSF və CIS Benchmarks üzrə biliklər;
• Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə tələbləri və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər;
• PowerShell, Python və ya Bash vasitəsilə proseslərin avtomatlaşdırılması bacarığı;
• Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə (texniki terminologiya daxil olmaqla) bilmək;
• Texniki sənədləşdirmə və hesabat hazırlamaq bacarığı.

Üstünlük verilən bilik və təcrübələr

• İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
• CompTIA Security+, CCNA/CCNP Security, CEH və ya sahə üzrə digər peşəkar sertifikatlar;
• Maliyyə və ya sığorta sektorunda iş təcrübəsi;
• Bulud təhlükəsizliyi və Microsoft 365 təhlükəsizlik həlləri üzrə biliklər;
• DLP, PAM və digər təhlükəsizlik həllərinin sıfırdan tətbiqi və ya miqrasiyası layihələrində iştirak təcrübəsi;
• Load balancer, reverse proxy və API Gateway həlləri ilə iş təcrübəsi;
• DevSecOps prinsipləri və CI/CD proseslərində təhlükəsizlik üzrə biliklər.

Şəxsi keyfiyyətlər

• Analitik və sistemli düşüncə;
• Diqqətlilik və məsuliyyətlilik;
• Problemləri operativ həll etmək bacarığı;
• Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
• Öyrənməyə həvəs və təşəbbüskarlıq;
• Mürəkkəb texniki mövzuları sadə və anlaşıqlı dildə izah etmək bacarığı;
• Müstəqil işləmək və tapşırıqları prioritetləşdirmək bacarığı.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə