Azərbaycan Beynəlxalq Bankı Daxili nəzarət departamentinin Bankdaxili qərarlara və tədbirlərin icrasına nəzarət şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
İş barədə məlumat
• Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların icrasının monitorinqini həyata keçirmək;
• Bankdaxili yoxlama strukturları, eləcə də kənar audit və tənzimləyici qurumlar tərəfindən aparılmış yoxlamaların nəticələri ilə bağlı tədbir planlarının hazırlanmasına nəzarət;
• Müxtəlif yoxlamaların nəticəsi, eləcə də bankdaxili risklərin minimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanmasına və icrasına nəzarət prosesində iştirak;
• Tədbirlər planının hazırlanması və icrası ilə bağlı müvafiq strukturlara sorğular göndərmək, aidiyyəti sənədləri tələb etmək, onlardan yazılı və şifahi arayışlar, məlumatlar almaq;