VAKANSİYA: Maliyyə Auditoru

22 oktyabr, 2020 0 478


Maliyyə Auditoru


“ABB” ASC Daxili Audit departamentinə Maliyyə Auditoru vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat



İş barədə məlumat:


• Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi, risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
• Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;
• Elektron/rəqəmsal sistemlərin fasiləsizliyinin və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
• Auditin nəticələri, verilmiş tövsiyələr eləcə də onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
• Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
• Bankın fəaliyyətində xüsusi əməliyyatların (sahələrin) yoxlanılması və qiymətləndirilməsi, proseslərin adekvatlığının qiymətləndirilməsi



Namizədə tələblər:


• Ali təhsil (İqtisadi/texniki/riyazi);
• Bank əməliyyatları, Risklərin idarə edilməsi və ya Data analitika sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərini bilmək;
• Access, Word, Power Point, Outlook, Advanced Excel, VBA, SQL kimi proqramlar ilə işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə Auditoru” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az






HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə