Azərbaycan Beynəlxalq Bankı Əməliyyat departamentinin Kart əməliyyatları şöbəsinə (ATM əməliyyatları) mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
İş barədə məlumat:
• ATM əməliyyatlarının Telescope sistemində təhlili
• ATM qalıqlarının yoxnalılaraq fərqlərin müəyyən edilməsi
• ATM fərqləri üzrə müxabirləşmələrin verilməsi tələbi
• AzəriCard müştəri xidmətləri, NVD və MXS əməkdaşları ilə işin əlaqələndirilməsi
• AzəriCard MMC-yə vəsait qaytarılması barədə OTRS hazırlanması
Namizədə tələblər:
• Ali İqtisadi təhsili olan;
• Ofis proqramları ilə sərbəst işləməyi bacaran;
• Sahə üzrə 1-3 il iş təcrübəsi olan;
• Komandada işləmə bacarığı olan;
• İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
• Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
• Davamlı karyera inkişafı
• Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
• Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
• Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi
cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur.Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “ATM əməliyyatları” göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün:
www.ibar.az
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com