VAKANSİYA: Kart əməliyyatlarının monitorinqi üzrə mütəxəssis/aparıcı mütəxəssis

30 noyabr, 2020 0 413


Kart əməliyyatlarının monitorinqi üzrə mütəxəssis/aparıcı mütəxəssis


Azərbaycan Beynəlxalq Bankı Əməliyyat departamentinin Kart əməliyyatları şöbəsinə (Kart əməliyyatlarının monitorinqi) mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.



İş barədə məlumat:

• Telescope sistemində off line hesabatlar üzrə təlabatların formaşdırılması
• ORM sistemində monitorinq
• Tel Risk reps - issuing və Tel Risk reps - acquiring yoxlanılması
• MXS və tələb olduqda bir başa müştərilərlə əməliyyatların aydınlaşdırılması
• Bankın tərəfdaş seçdiyi şirkətlərin risk monitorinq sistemləri ilə iş
• Beynəlxalq və yerli kart təşkilatları ilə iş

Namizədə tələblər:

• Ali İqtisadi/İT təhsili olan;
• Ofis proqramları ilə sərbəst işləməyi bacaran;
• Sahə üzrə 1-3 il iş təcrübəsi olan;
• Komandada işləmə bacarığı olan;
• İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.


Bu iş sizə nələri qazandıracaq:
• Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
• Davamlı karyera inkişafı
• Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
• Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
• Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;


Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur.Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “Kart əməliyyatlarının monitorinqi” göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə