"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Elektron Ticarət üzrə mütəxəssis
İş barədə məlumat:
· Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
· Lead-generation məqsədli optimizasiyalar aparmaq;
· Mövcud saytın daimi UI/UX təkmilləşdirmələrini aparmaq;
· Admin paneldə lazımi işləri görmək;
· Analizlərin aparılması, hesabatların hazırlanması;
· Rəqəmsal Marketinq , Dizayn və texniki şöbə ilə daimi işləmək;
· Mobil istifadəçi davranışlarına hakim olmaq və lazımi yaxşılaşdırılmaların aparılması;
· Saytın və serverin təhlükəsizliyi üçün lazımi işlərin görülməsi;
· Sayt daxili kampaniyaların təşkili;
· Ana səhifə və kateqoriyalar daxilində merçendayzinq işlərinin görülməsi. Məhsulların tanıtımı və satış balansının qorunması;
· A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması;
· Qarşılaşılan situasiyanın ən effektiv həlli üçün lazımi yolların tapılması, alqoritmik baxış tərzi ilə qarşılaşılan problemləri düzgün prosedur halına gətirmək;
· Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət.
Namizədə tələblər:
· User experience (UX) bilikləri (UI bilikləri üstünlükdür);
· In-site Marketing mövzusunda təcrübə;
· Google Analytics, Search Console üzrə bilikləri;
· Alqoritmik düşüncə qabiliyyəti;
· Server və sayt təhlükəsizliyində texnoloji və məntiqi anlayışlara malik olmaq;
· HTML/CSS bilikləri (PHP bilikləri üstünlükdür);
· CMS-lər üzrə işləmə bacarığı;
· Rəqəmsal marketinq üzrə texniki biliklər. Axtarış sistemlərinin optimizasiyası, SEO məntiqi və texniki biliklərinə hakim olmaq;
· Mobile-first anlayışına hakim olmaq;
· Third-party tətbiq, proqram və xidmətlərin inteqrasiya prosesini dərk etmək;
· Merçendayzinq anlayışı;
· Analitik düşüncə, araşdırma qabiliyyəti;
· Layihələrin idarə edilməsində təcrübə;
· Rus və ya İngilis dili bilikləri;
· Uyğun vəzifə üzrə iş təcrübəsi – 2-3 il;
İş şəraiti:
· İş günləri: həftənin 5 günü 9:00 - 18:00;
· Ə/H bilik və bacarıqlara görə dəyişir.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://jobs.talhunt.az/kontakt/324-elektron+ticar%c9%99t+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com