Özünə və peşəkarlığına güvənən, maliyyə sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
İş barədə məlumat
- Maliyyə məlumatlarının toplanması və analizi; - Aylıq gəlir və xərclərin analitikası; - Rəhbərlərin göstərişinə əsasən daxili hesabatların hazırlanması; - İllik büdcənin tərtib olunmasında dəstəyin göstərilməsi; - Aylıq maliyyə hesabatları və daxili hesabatların hazırlanması; - ACCA (F3 və F7) olması üstünlükdür; - Bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; - Adekvat əmək haqqı; - Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; - Davamlı karyera imkanı;
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında; - Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; - İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi; - İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Namizədə tələblər
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsilli; - Maliyyə sahəsində ən azı 3 illik iş təcrübəsi olan; - MS Office proqramlarını (əsasən excel) yüksək səviyyədə biləndir.
O cümlədən :
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı; - Milli və beynəlxalq uçot standartlarını bilməli; - Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.